Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:44

Rüfət Aslanlı problemli kreditlərin azaldığını deyir, ancaq …


Rüfət Aslanlı
Rüfət Aslanlı

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı problemli kredit həcminin azaldığını bildirib.

Ötən ilin yekunlarına istinad edən MBNP sədri bank sektorunda çətinliklərin artıq səngidiyini də söyləyib.

Buna da bax:​ Bankların manatla kredit verməməsinin əsas bir səbəbi var...

Onun sözlərinə görə, banklarda qeyri işlək aktivlərin artımı ötən ilin ortalarından sabitləşib və ilin sonuna doğru azalma müşahidə edilir: "Ölkədə intensiv dollarlaşma səviyyəsi də səngiyib və bu gün biz sistemdə kapitalsız bankları görmürük. Bu artıq maliyyə sektorunun keyfiyyətcə yeni bir funksiyada aktiv maliyyə vasitəçisi kimi çalışması istiqamətində ikinci faza tədbirləri realizasiya etməsinə imkan yaradır".

Ötən ilin son 2 ayında artıb

Azərbaycan Mərkəzi Bankının (AMB-nin) rəqəmləri isə problemli kreditlərin artığını göstərir. Məsələn, ötən ilin yanvarında problemli kredit həcmi 1 milyard 314.6 milyon manat olub. Bu həcm ilin ortasına doğru artıb və sentyabrda maksimum həddə - 1 milyard 593.7 milyon manata çatıb. Oktyabrda azalma olsa da, ilin son 2 ayında yenidən artım müşahidə edilib və problemli kredit həcmi 1 milyard 472.6 milyon manat olub.

Buna da bax: 'Banklar möhtəkirliklə gündə 500 min dollar qazanırlar'

S&P: Real həcm daha yüksəkdir

Üstəlik, istər beynəlxalq qurumlar, istərsə ekspertlər problemli kreditlərin real həcminin gizlədildiyini bildirirlər.

"Standard & Poor's" ("S&P") beynəlxalq reytinq agentliyinin bu ilin əvvəlində yaydığı məlumatda deyilir: “AMB-nin 2016-cı ilin noyabr ayı üzrə açıqladığı statistikaya əsasən, problemli kreditlərin ümumi kredit qoyuluşlarında payı 9 faizdir. Lakin fikrimizcə, bu rəqəm kiçildilib və problemli kreditlərin real həcmi daha yüksəkdir".

Buna da bax:​ 'Problemli kreditlərin çoxunu bank sahibləri və inzibatçıların özləri yaradıb'

“Banklar üçün problem davam edir”

Maliyyə bazarları eksperti Cəfər İbrahimli belə kredıtlərin ümumi portfelin 9 faizi həcmində olduğunu təkrarlayaraq deyir: “Müsbət tendensiya ondan ibarətdir ki, bu rəqəmdə son zamanlar ciddi yüksəlmə müşahidə olunmur. Amma banklar üçün problem davam edir”.

Bankların artıq 2 ilə yaxındır bu problemi çözə bilmədiyini söyləyən ekspert fikrini belə tamamlayır: “Beynəlxalq Bankın (ABB-nin) aktivlərinin sağlamlaşdırma prosesi bitəndən sonra bu məsələyə də baxıla bilər. Bəzi ölkələrin təcrübəsindən yola çıxaraq, "problemli aktivlər fondu" yaratmaq və problemin vahid siyasət və mütləq dövlət dəstəyi ilə həlli variantına baxmaq olar”.

Buna da bax: R.Aslanlı: 'Manatın məzənnəsi ilə neftin qiyməti arasında əlaqə axtarmayın'

“MBNP sədri heç bir statistika açıqlamır”

İqtisadçı ekspert Ülvi Əmrahsoy MBNP sədri R.Aslanlının heç bir statistika açıqlamadığına diqqət çəkir: “Biz bilirik ki, problemli kreditlərin əsas hissəsi ABB-nin payına düşür. Toksit aktivlərin silinməsi mümkündür. Elə Rüfət bəy də bunu nəzərdə tutur”.

“Bəzi bankların problemli kreditləri 70 faizə çatıb”

Ülvi Əmrahsoy problemli kredit həcminin yetərincə böyük olduğunu bildirir: “Hətta beynəlxalq reytinq agentlikləri də AMB-nin problemli kreditlərlə bağlı statistikasını doğru saymır. Bəzi bankların problemli kreditləri 70 faizə çatıb. Ümumiyyətlə, bank sektorunun əsas gəlir mənbəyi kreditlər idi. Manatın hələ də ucuzlaşması, bankların kredit verə və verdiyi krediti də yığa bilməməsi bu sektoru iflic vəziyyətinə salıb”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG