Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:13

Prezidentdən vəkillərə sürpriz


"Nardaran işi"nə çıxan vəkillər
"Nardaran işi"nə çıxan vəkillər

Prezidentdən vəkillik sərəncamı

Bu gün, fevralın 22-də prezident İlham Əliyev Azərbaycanda vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam verib.

Sənəddə yazılır ki, bunda məqsəd məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər çərçivəsində vəkilliyin inkişafına dəstək verməkdir.

Kollegiyaya bina ayrılacaq

Sərəncama görə, Nazirlər Kabineti iki aya Vəkillər Kollegiyasını (VK) Bakıda bina ilə təmin etməlidir. Bundan başqa Gəncə, Lənkəran, Sumqayıt, Şəki və Şirvan şəhərlərində VK-nin qurumları da uyğun binalarla təmin olunmalıdır.

Buna da bax: Vəkil Yalçın İmanov kollegiyadan çıxarıldı

Sənəddə həmçinin, vəkilin xidmətlərini ödəməkdən ötrü kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə müəyyən edilmiş məbləğin 3 dəfə artırılması nəzərdə tutulur.

Vəkilin iş saatına 2 yox, 6 manat ödəniləcək

Hazırda həmin məbləğ bir saata görə 2 manat təşkil edir.

Nazirlər Kabinetinə həmçinin tapşırılıb ki, Vəkillər Kollegiyasının istifadəsində olan binaların təmiri, kompüter, digər avadanlıq və nəqliyyat vasitələrinin alınması məqsədilə vəsait ayırsın.

Sərəncamda Vəkillər Kollegiyasına tövsiyələr də yer alıb.

Buna da bax: Narazı vəkillər etiraz aksiyalarına başlamaq qərarı verib

Kollegiya vəkil olmaq istəyənlərə ixtisas imtahanlarının davamlı keçirilməsini təşkil etməli və gənc hüquqşünasların üzvilyə qəbul edilməsindən ötrü xüsusi şərait yaratmalıdır.

Bundan başqa kollegiyaya şəhər və rayonlarda vəkillərin fəaliyyətinin stimullaşdırılmasından ötrü tədbirlər hazırlayıb həyata keçirməsi, aztəminatlılara pulsuz hüquqi xidmətlər göstərilməsi tövsiyə olunur.

XATIRLATMA

Hökumət ötən ilin sonlarından vəkillik sahəsini tənzimləyən qanunlara xeyli dəyişiklik edib.

Buna da bax: 'Kollegiya'ya daxil olmayan vəkillər niyə narahatdır? [video]

Milli Məclis oktyabrın 31-də «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanuna, Mülki və İnzibati Prosessual məcəllələrə dəyişikliklər edib. Prezident də bunu təsdiqləyib. Bu dəyişikliklərdən sonra nümayəndəlik institutunun fəaliyyətinin ciddi şəkildə məhdudlaşdırıldığı bildirilir. Vəkillər Kollegiyasının üzvü olmayanlar məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə edə bilmirlər.

Vəkillər Kollegiyasının üzvlərinin sayı 900-dən bir qədər artıqdır.

Ekspertlər hesab edir ki, qeyd olunan dəyişikliklərdən sonra ölkədə vəkil qıtlığı yarana bilər.

Azərbaycan adambaşına düşən vəkil sayına görə, Avropa sıralamasında son yerlərdə dayanır.

Ancaq Vəkillər Kollegiyası vəkilliyə qəbul prosesini yenidən bərpa edib. Qurum hesab edir ki, bununla qanunvericiliyə dəyişiklikdən sonra meydana çıxa biləcək problemlər aradan qalxacaq.

Ancaq bütün bunlarla yanaşı son illər müxalif siyasətçiləri və tənqidçı jurnalistləri müdafiə edən vəkillərin kollegiyadan çıxarıldığı bildirilir

Onlardan Elçin Namazovun, Aslan İsmayılovun, Xalid Bağırovun, Müzəffər Baxışovun, Yalçın İmanovun adları çəkilir. Vəkil Fəxrəddin Mehdiyevin fəaliyyəti də bu yaxınlarda 1 illik dayandırılıb.

Vəkillər Kollegiyasından isə hesab edirlər ki, sözü gedən vəkillərin siyasi mülahizələr əsasında yox, qanunvericiliyin tələblərini pozduqlarına görə, fəaliyyətləri dayandırılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG