Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 22:20

Prezident icbari tibbi sığortadan danışıb


“Azərbaycan dövləti iqtisadi cəhətdən kifayət qədər güclüdür və gücümüz artır. Sosial məsələlər bizim siyasətimizin əsas prioritetidir”.

AZƏRTAC-ın xəbərinə görə, iyunun 5-də Naftalan Şəhər Mərkəzi Xəstəxanasının açılışındakı çıxışında prezident İlham Əliyev belə deyib.

Prezident Azərbaycanda tibbi xidmətin səviyyəsinin artmaqda olduğunu bildirib.

“Mənim təşəbbüsümlə bir neçə il ərzində artıq kütləvi müayinədənkeçmə proqramı həyata keçirilir. Mən əvvəlki illərdə bu məsələ ilə bağlı fikirlərimi dəfələrlə bildirmişdim, demişdim ki, hər bir vətəndaş ildə heç olmasa bir dəfə gərək tibbi müayinədən keçsin. İndi bunu etmək üçün hər bir rayonda bütün imkanlar var. Dövlət öz dəstəyini göstərərək bu işləri təşkil edir. Bu il keçən ildəki kimi, 5 milyondan çox Azərbaycan vətəndaşı bu imkandan istifadə edib”, deyən İ.Əliyev icbari tibbi sığorta sisteminin tətbiqinə də toxunub.

“Artıq iki şəhərdə bu sistem mövcuddur və biz bu sistemin üstünlüklərini görürük. Biz səhiyyə sistemimizi tədricən bu istiqamətdə inkişaf etdirəcəyik. Biz növbəti illərdə yeni şəhərləri bu sistemlə əhatə edəcəyik”.

Prezident insan sağlamlığının ən vacib məsələlərdən biri olduğunu vurğulayıb:

“Azərbaycanda insan sağlamlığını təmin etmək, sağlamlığı qorumaq, profilaktik tədbirlər görmək üçün kompleks işlər aparılır. Bundan sonra da bu işlərin görülməsi üçün yaxşı şərait var, o cümlədən Naftalan şəhərində. Xəstəxana, eyni zamanda, həkimlərin iş yeridir. Hesab edirəm ki, hər bir həkim, hər bir tibb işçisi üçün belə şəraitdə işləmək xüsusi zövq verir”.

Keçən il Naftalana 62 ölkədən 35 min qonağın gəldiyini vurğulayan İlham Əliyev bunun başlanğıc olduğunu ifadə edib:

“Turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz, bu ilin 5 ayında isə 10 faiz artıb. Azərbaycan indi dünya miqyasında gözəl turizm mərkəzi kimi tanınır. O cümlədən müalicəvi turizmin inkişafı üçün bizdə bütün imkanlar var, həm Naftalanda, həm digər şəhərlərdə. Belə şəraiti olan şəhərdə əlbəttə ki, qonaqların sayı artmalıdır”.

Xatırlatma

Bu gün, iyunun 5-də prezident Goranboy rayonu və Naftalan şəhərinə səfər edərək orada bir sıra obyektlərin açılışında iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG