Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:56

Varvara SES yenidən istifadəyə verilib


Varvara Su Elektrik Stansiyası, 16 aprel 2017

Prezident İlham Əliyev aprelin 16-da Yevlax rayonuna səfəri çərçivəsində Varvara Su Elektrik Stansiyasının(SES) yenidənqurmadan sonra açılışında daiştirak edib.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar PirverdiyevVarvara Su Elektrik Stansiyasında görülən yenidənqurma işləri barədə dövlət başçısına məlumat verib.

O, qeyd edib ki, qoyuluş gücü 16,5 MVt olan Varvara Su Elektrik Stansiyası 1954-1957-ci illərdə inşa olunub. Bu stansiyanın 1-ci hidroaqreqatı 1956-cı ildə, digər iki hidroaqreqatı isə 1957-ci ildə istismara verilib. Həmin vaxtdan ötən 60 ildə stansiyanın avadanlıqları fiziki cəhətdən köhnəlib, gücü nəzərəçarpacaq dərəcədə aşağı düşüb.

Verilən məlumata görə, yenidənqurma işləri çərçivəsində stansiyanın bütün hidrogeneratorları və hidroturbinləri yeniləri ilə əvəzlənib. Bunun nəticəsində isə stansiyanın gücü artaraq 18 MVt-a çatıb.

Qeyd edilib ki, bu stansiya Mingəçevir SES-in su sərfiyyatını tənzimləməklə yanaşı, ildə orta hesabla 100 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal etməyə imkan verəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG