Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:08

Prezident : 'Dünyada beynəlxalq hüquq hər zaman işləmir'


İlham Əliyev, Azərbaycan respublikasının prezidenti
İlham Əliyev, Azərbaycan respublikasının prezidenti

“Biz prinsipial mövqeyimizdən bir addım geri dönmürük və dönməyəcəyik. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, bizim tarixi torpağımızdır. Beynəlxalq hüququn normaları da bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi təsdiqləyir və bu məsələ ilə bağlı mötəbər beynəlxalq təşkilatların bir çox qərar və qətnamələri vardır...”

AZƏRTAC-ın xəbərinə görə, bunu mayın 26-da ADA Universitetində keçirilən məzun günündəki çıxışında prezident İlham Əliyev deyib.

O əlavə edib ki, dünyada beynəlxalq hüquq heç də hər zaman işləmir:

“Son vaxtlar ümumiyyətlə işləmir. Bu, reallıqdır. Biz real dünyada yaşayırıq və əlbəttə ki, öz siyasətimizi dünyada mövcud olan real vəziyyətə uyğunlaşdırmalıyıq. Ona görə, əlbəttə, biz bundan sonra da həm iqtisadi sahədə, həm ordu quruculuğu sahəsində və digər sahələrdə öz gücümüzü artıraraq münaqişənin həllini yaxınlaşdırmalıyıq”.

İlham Əliyev Azərbaycanda savadlılığın səviyyəsinin təxminən 100 faizə yaxın olduğunu bildirib:

“Eyni zamanda, təhsillə bağlı olan islahatlar, yeniliklər əlbəttə ki, öz nəticəsini verəcək və verir. Buna müəyyən vaxt, zaman lazımdır. Ancaq biz düzgün yoldayıq və əminəm ki, ölkəmizin uğurlu inkişafını güclü kadr potensialı təmin edəcək. Əsas məqsəd bundan ibarətdir və biz ADA-nın timsalında, digər aparıcı ali məktəblərimizin timsalında bunu görürük”.

Dövlət başçısı təbii resurslarıın səmərəli şəkildə istifadə olunduğunu söyləyib:

“Bu gün Azərbaycan iqtisadiyyatı tam daxili resurslar üzərində qurulmuş iqtisadiyyatdır. Heç bir xarici maliyyə institutundan, yaxud da ki, xarici ölkədən asılı olmayan iqtisadiyyatdır...”

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG