Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:23

«Hamı qaz idarəsində, SOCAR-da işləmək istəyir»


Hacıqabulda işsizlər Məşğulluq İdarəsinin qarşısına toplaşıb
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

Hacıqabulda işsizlər Məşğulluq İdarəsinin qarşısına toplaşıb

-

Hacıqabulda bir neçə gündür ki, yüzlərlə adam iş üçün yerli Məşğulluq İdarəsinə axışıb. İdarənin rəhbəri Çingiz Həsənov AzadlıqRadiosuna deyir ki, iş var, amma işi bəyənib getmirlər:

– Məsələn, deyək ki, «Azəriqaz»a 20, SOCAR-a 30 boş iş yeri veriblər. Məsələn, 250 işçi isə «yaşıllaşdırma»ya, mənzil-istismar idarəsinə lazımdır. Amma hamısı deyir ki, «məni qaz idarəsindəki, SOCAR-dakı işə göndər». Bu qədər adamı qaz idarəsinə, SOCAR-a necə göndərim?

– Qaz idarəsinə və ya SOCAR-a göndərilən işçinin hər hansı peşə sahibi olması tələb edilirmi?

– Ediləni də var, edilməyəni də. O idarələrdə də işəgötürmə müsabiqə yolu ilədir. Mən həmin müsabiqəyə qarışa bilmərəm. Deyək ki, mən göndərirəm 10 nəfəri, onlar müsabiqədən keçirib 5-ni işə götürürlər, o birilərinə deyirlər ki, «get». Rayon var, qaz idarəsinə boş 100 iş yeri ayrılıb, rayon var 50 iş yeri. Narazılıq burdan yaranıb.

– Hacıqabulda qaz idarəsi nə qədər işçi istəyir?

– 45 nəfər.

– Nə qədər maaş təklif olunur?

– Bunu bilmirəm. Amma «yaşıllaşdırma»da nə qədərdir, bilirəm.

– Bəs orda nə qədərdir?

– İşçiləri orada yığandan sonra böləcəklər, mənzil-istismara, «yaşıllaşdırma»ya. Maaşı da orda təyin edəcəklər.

– Hacıqabuldan olan işsizlər deyirlər ki, Yaşıllaşdırma İdarəsində 100 manat maaş verilir.

– Xeyr, 100 manatlıq maaş yoxdur. Sadəcə, hamı yüngül iş axtarır. Necə olur, mən gedib badımcan əkirəm, yoldaşım badımcan əkir, pomidor əkir, sən də get ək də. İcra hakimiyyətinin tabeliyində olan müəssisələrdə 171 boş iş yeri var. 70 işçi çoxmənzilli binaların təmiri, 100 işçi abadlıq işləri üçün lazımdır. Ancaq hamı SOCAR-da işləmək istəyir. Bu SOCAR-da Hacıqabul üçün nə qədər iş yeri var?

– Hacıqabul Məşğulluq İdarəsində nə qədər sakin işsiz kimi qeydiyyatdan keçib?

– 500-ə qədər olar.

– Qadınlar daha çoxdur, ya kişilər?

– Qadınlar 20-25 nəfərdir, əsas kişilərdir.

– Çingiz bəy, özəl sektor da sizə vakant iş göndəribmi?

– Bir neçə günə onlardan da sifariş alacağıq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG