Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:02

Poroshenkoya antikorrupsiya məhkəməsi yaradılması barədə qanun layihəsi təqdim olunub


Kiyev, prezident administrasiyasının binası
Kiyev, prezident administrasiyasının binası

Ukraynada bir qrup deputat və fəal Prezident administrasiyasına antikorrupsiya məhkəməsi yaradılması ilə bağlı qanun layihəsi təqdim ediblər.

“Ukrainskaya pravda” portalının oktyabrın 21-də yazdığına görə, təşəbbüsü “Özünə kömək” fraksiyasından deputat Egor Sobolev və heç bir fraksiyanın üzvü olmayanYuriy Levchenko irəli sürüblər.

Prezident administrasiyasının qarşısına 500-dək adam toplaşıb və fəallar sənədi təqdim etdikdən sonra yenidən Ali Radanın qarşısındakı cadır düşərkəsinə dönüblər.

Oktyabrın 17-dın Ali Radanın qarşısında etiraz aksiyası keçirilir.

Kiyevdə etiraz aksiyası
Kiyevdə etiraz aksiyası

Aksiyaçılar deeputat toxunulmazlığının ləğvini, antikorrupsiya məhkəməsi yaradılmasını və seçki qanununun dəyişdirilməsini tələb edirlər.

Ali Rada bir gün əvvəl parlamentə seçki qaydalarının dəyişdirilməsi ilə bağlı 3 qanun layihəsindən heç birini qəbul etməyib.

Parlament bundan əvvəl Konstitusiya məhkəməsinə deputat toxunulmazılığının ləğvi ilə bağlı iki qanun layihəsi göndərib.

Onlardan birini prezident Petro Poroshenko, digərini isə deputatlaq qrupu hazırlayıb.

Buna da bax: Ukrayna parlamentinin qarşısında etiraz aksiyası davam edir (Video)

Aksiyanı Odessa vilayətinin keçmiş qubernatoru Mikheil Saakashvilinin “Yeni qüvvələr hərəkatı” partiyası, habelə “Batkivşina”, “İctimai mövqee”və digər siyasi partiyalar təşkil edib.

Xatırlatma

Gürcüstan hökuməti də Saakashvili-nin həbsini və ekstradisiyasını istəyir. O, 2004-2013-cü illərdə prezident olanda mənimsəmə və vəzifəsindən sui-istifadədə ittiham olunur.

Saakashvili ittihamları rədd edir.

Saakashvili 2015-ci ildə Ukraynaya gedib və Odessa vilayətinin qubernatoru vəzifəsinə təyin edilib.

Ötən il Odessa vilayətinin qubernatorluğundan istefa verdikdən sonda Poroshenko ilə də münasibətləri pozulub və korrupsiya ilə mübarizə aparmaq üçün yeni partiya yaradaraq siyasi mübarizəyə girişib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG