Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:23

Pompeo: ABŞ İran rejiminin yox, onun davranışının dəyişməsini istəyir


Dövlət katibi Mike Pompeo
Dövlət katibi Mike Pompeo

ABŞ dövlət katibi Mike Pompeo deyib ki, “rejim dəyişikliyi” prezident Donald Trump-ın İran siyasətinin məqsədi deyil.

Administrasiyanın başqa vəzifəli nümayəndələri də bu yaxınlarda buna bənzər bəyanatla çıxış ediblər.

Pompeo mayın 25-də Amerikanın səsi tərəfindən yayınlanmış müsahibəsində deyib: “Burada söhbət rejimin dəyişdiriləməsindən getmir.Söhbət İran liderlərinin öz davranışlarını İran xalqının həqiqi istəyinə uyğun dəyişmələrindən gedir”.

“Rejim dəyişikliyi” ətrafında ziddiyyət Trump kimi İran məsələsində sərt xətt-hərəkət tərəfdarı olan John Bolton mart ayında prezidentin baş milli təhlükəsizlik müşaviri postunu tutandan bəri ortaya çıxıb.

Bu vəzifəyə gəlməzdən əvvəl Bolton Fox News kanalına müsahibəsində demişdi ki, Birləşmiş Ştatlar Tehranın üzərinə təzyiqi artırmalı və hökumətin opponentlərinə dəstək verməli, beləliklə də “başlıca məqsəd olan rejim dəyişikliyinə” nail olmalıdır.

Lakin vəzifəyə başlayandan sonra Bolton məqsədin İran rejiminin dəyişdirilməsi olmadığını dilə gətirib.

O CNN telekanalına deyib ki, “o vəzifədə olmadığı azad vaxtlarda çox mülahizələr yürüdüb”.

Pompeo Amerikanın səsi radiosuna deyib ki, o, Birləşmiş Ştatlardakı və Avropadakı bir çox İran müxalifətçilərini dəstəkləsdə də, Tehranda rejim dəyişikliyinə nail olunması çağırışlarını dəstəkləmir.:

“Biz heç onların da rejim dəyişikliyinin vəkilliyini etmələrini istəmirik. Biz onların İran xalqı üçün çalışmalarını, öz həyatlarını yaşamaqdan başqa, hijabı atmaqdan, işləyib ailələrini dolandırmaqdan başqa, istədikləri kimi ibadət etməkdən başqa bir şey istəməyən adi iranlılar üçün çalışmalarını istəyirik”.

Pompeo özünün ilk xarici siyasət nitqində İrana bu qədər diqqət ayırmasının səbəbini izah edərək deyib ki, bu, Trump-ın Tehranın nüvə silahı əldə etməsinin və Yaxın Şərq qonşularının işlərinə qarışmasının qarşısının alınmasına böyük əhəmiyyət verməsi ilə bağlıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG