Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:16

Polşalı prokuror Rusiyanın təyyarə qəzasını 'bilərəkdən törətdiyini' deyir


Lech Kaczynski də içində olan Smolenskidə qəzaya uğramış Tu-154 təyyarəsi.

Polşa prokurorları Rusiya hava nəqliyyatına nəzarət idarəsinin iki əməkdaşını və daha bir Rusiya rəsmisini 2010-cu ildə Polşa prezidenti Lech Kaczynskinin ölümü ilə nəticələnmiş təyyarə qəzasına şərait yaratmaqda ittiham ediblər.

Prokuror müavini Marek Pasionek aprelin 3-də bildirib ki, dəlillərin yeni aparılmış təhlili iki hava nəqliyyatına nəzarət dispetçerinin təyyarə qəzasını "bilərəkdən törədilməsində" günahkar olduğunu göstərib.

Buna da bax:​ Daha bir Rusiya təyyarəsi gəmiyə enə bilmədi

O deyib ki, həmin vaxt nəzarət qülləsində olmuş üçüncü Rusiya rəsmisi onların "bilərəkdən qəza törətməsinə yardım edib".

YARALAR TƏZƏLƏNİR

Kreml sözçüsü Dmitry Peskov bu iddiaları rədd edib. "Bu fəlakətin baş verdiyi şərtlər dərindən araşdırılıb və biz belə nəticələrlə razılaşa bilmərik", – deyə o bildirib.

Bu yeni ittihamlar bundan sonra hələ uzun müddət Rusiya ilə Polşa arasında münasibətləri gərgin saxlayacaq köhnə yaraları təzələyir.

Buna da bax: Polşa prezidentinin meyiti yarılacaq

2010-cu il aprelin 10-da içərisində Polşa prezidenti Lech Kaczynskinin də olduğu təyyarə Rusiyanın Smolensk vilayəti yaxınlığında qəzaya uğramış, prezident və daha 95 nəfər həyatını itirmişdi. Onların çoxu Polşanın dövlət və hərbi rəhbərləri idi.

O zamandan bəri bu qəza Polşada liberallarla mühafizəkarları üz-üzə qoyan, qəzəb doğuran siyasi məsələyə çevrilib. Lech Kaczynskinin əkiz qardaşı Jaroslaw Kaczynski hazırda konservativ Hüquq və Ədalət Partiyasına rəhbərlik edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG