Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:43

Azərbaycan İsrail və Belarusdan 300 kilometri vura bilən raketler alıb


İlham Əliyev N saylı hərbi hissənin açılışında
İlham Əliyev N saylı hərbi hissənin açılışında

Ölkə prezidenti İlham Əliyev iyunun 11-də Müdafiə Nazirliyinin Raket Qoşunlarının “N” saylı hərbi hissəsinin açılışında iştirak edib. Bu barədə AZƏRTAC-ın yaydığı məlumatda bildirilir.

Məlumata görə, müdafiə naziri Zakir Həsənov dövlət başçısına raport verib. O, bildirib ki, hərbi hissənin inşasına 2017-ci ildə başlanıb.

Dövlət başçısı hərbi hissənin əsgər yataqxanasında yaradılan şəraitlə tanış olub.

Prezident İlham Əliyev habelə, raketlərin saxlanması və döyüş maşınlarına yüklənməsi anqarına da baxıb.

Ali baş komandana əməliyyat-taktiki raket kompleksi olan “POLONEZ” barədə məlumat verilib:

Onun maksimal atış uzaqlığı 300 kilometrə qədərdir. Raketin çəkisi 780 kiloqram, döyüş başlığının çəkisi 140 kiloqram, zərərvurma radiusu isə 80 metrdir.

Polonez raket sistemi (foto arxivdəndir)
Polonez raket sistemi (foto arxivdəndir)

“POLONEZ”in maksimal uçuş sürəti saniyədə 310 metr, atışa hazırlıq vaxtı 10 dəqiqə, istismar müddəti isə 10 ildir. Bir döyüş maşınında 8 raket olur.

Habelə bildirilib ki, əməliyyat-taktiki raket kompleksi olan “LORA”nın isə maksimal atış uzaqlığı 300 kilometrdən artıqdır.

Bu kompleksin raketinin çəkisi 1580 kiloqram, başlığının çəkisi isə 240 kiloqramdır. Raketin zərərvurma radiusu 100 metr təşkil edir. Sistemin bir maşınında 4 raket olur. Onların maksimal uçuş müddəti saniyədə 300 metrdir, atışa hazırlıq vaxtı 13 dəqiqə, istismar müddəti 10 ildir.

Prezident İlham Əliyev (solda) və müdafiə naziri Zakir Həsənov
Prezident İlham Əliyev (solda) və müdafiə naziri Zakir Həsənov

Panarmenian saytı yazır ki, bundan əvvəl Belarusun Müdafiə Nazirliyinə yaxın mənbə ölkənin 2018-ci ildə ilk dəfə olaraq 10 POLONEZ raket kompleksinin ixracına hazırlaşdırğını bildirmişdi. Həmin mənbə bunu da əlavə etmişdi ki, raketlər böyük bir ehtimalla Azərbaycana satılacaq.

Moscow Defense Brief Mikhail Barabanov deyib ki, Azərbaycanın POLONEZ raketlərini alması Ermənistana Rusiya tərəfindən İskander raketlərinin verilməsinə cavab kimi qiymətləndirilə bilər.

Ermənistan Rusiyadan yaxınmənzilli İskander raketlərini ilk dəfə 2016-cı ildə alıb.

Bir sıra xəbər agentliklərinin məlumatına görə LORA raketləri İsrail istehsallıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG