Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 22:49

Azərbaycan və Rusiya polisi ‘yardımlaşır’


Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev

Dekabrın 6-sı daxili işlər naziri Ramil Usubov Azərbaycanda səfərdə olan rusiyalı həmkarı Vladimir Kolokoltsevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Daxili İşlər nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ramil Usubov bu günlərdə iki ölkənin sərhədyanı ərazilərdə keçirilən "Sərhəd-Sipər" kompleks əməliyyat-profilaktik tədbirlərini yada salıb.

Buna da bax:​ Azərbaycan və Rusiyanın birgə əməliyyatı

Bunu iki ölkənin daxili işlər orqanlarının yüksək əməkdaşlığı kimi dəyərləndirib.

Vladimir Kolokoltsev də bildirib ki, iki ölkənin daxili işlər orqanları arasında əməkdaşlığın genişləndirilməsində Rusiya da maraqlıdır.

Buna da bax: Ramil Usubov: Polis nümunə olmalıdır

Görüşün sonunda nazirlər 2017-2019-cu illərdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Daxili İşlər nazirlikləri arasında qarşılıqlı yardım haqqında Protokol imzalayıblar.

Vladimir Kolokoltsevin dekabrın 6-sı Azərbaycana gəlib. O günün birinci yarısında prezident İlham Əliyevin qəbulunda olub.

XS
SM
MD
LG