Keçid linkləri

2017, 23 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 08:28

UNESCO-nun (YUNESKO) baş direktorluğuna namizədliyi irəli sürülən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun 8 rəqibi var. Qurumun İcra Şurasının sədri bu vəzifəyə 9 namizədin adlarını elan edib.

Polad Bülbüloğlu ilə yanaşı, namizədlər arasında Vyetnam, Misir, Qətər, Çin, Qvatemala, İraq, Livan və Fransa nümayəndələrinin də adları var.

Buna da bax:​ Polad Bülbüloğlunun UNESCO-ya namizədliyi verilib

BMT-nin mətbuat xidmətinin məlumatında qeyd eilir ki, YUNESKO baş direktoru İcra Şurasının tövsiyəsi ilə Baş Konfransda təyin ediləcək.

9 namizəd İcra Şurasının 2017-ci il aprelin 26-dan 27-nə kimi keçiriləcək 201-ci sessiyasında söhbət mərhələsindən keçəcəklər.

Daha sonra oktyabrda Şuranın 202-ci sessiyasında gizli səsvermə olacaq. Yekun qərar 2017-ci ilin noyabrında YUNESKO-nun Baş Konfransının 39-cu sessiyasında qəbul ediləcək.

Buna da bax: Səfirlik: 'Dağıstanda saxlanan azərbaycanlılar azad olunub'

Müğənni və bəstəkar, hazırda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun namizədliyini bir həftə əvvəl Azərbaycan hökuməti irəli sürüb.

Xarici İşlər Nazirliyinin bununla bağlı məlumatında deyilirdi ki, P. Bülbüloğlunun bu vəzifəyə seçilməsi UNESCO-nun məqsəd və məramlarının təşviqinə töhfə verə bilər.

UNESCO-nun baş direktorunun səlahiyyətləri bu il başa çatır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG