Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:02

Prezidentin oğlu parlament komitəsinin sədri oldu


S.Berdymukhammedov
S.Berdymukhammedov

Prezident Gurbanguly Berdymukhammedov-un oğlu Serdar Türkmənistan parlamentinin qanunvericilik komitəsinin sədri oldu.

S.Berdymukhammedov-un bu vəzifəyə təyin olunması qərarı martın 20-də Aşqabadda ölkə parlamentinin beşinci çağırışının doqquzuncu iclasında elan olunub. Xəbəri AzadlıqRadiosunun türkmən xidməti yayıb.

S.Berdymukhammedov üç ay öncə Axal vilayətinin 24-cü seçki dairəsindən parlamentin deputatı seçilib.

Türkmənistan prezidentinin oğlu Serdar-ın siyasi karyerası haqda ilk məlumatlar ötən ilin yayında yayılmağa başlayıb. 2016-cı ilin iyulunda müstəqil informasiya mənbələri atasının Serdar-ı ölkənin Xarici İşlər Nazirliyinin bir strukturunda vəzifəyə təyin etməsindən yazmışdılar. Onun daha öncə bir neçə nazirlik və idarədə çalışdığı qeyd edilirdi.

Ancaq Moskva Diplomatik Akademiyasının məzunu S.Berdymukhammedov barədə az bilgi var. Qeyd olunur ki, o, 2014-cü ildə namizədlik dissertasiyası müdafiə edib, 2015-ci ildə isə texnika elmləri doktoru elmi dərəcəsini alıb.

Bəzi məlumatlara görə, S.Berdymukhammedov 2008-2011-ci illər arasında Moskvada Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin diplomatik kurslarında oxuyub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG