Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:30

Qarabağda sülh görmək istəyən Levon Ter-Petrosyan blok yaratdı


Ermənistanda seçki ərəfəsində daha bir siyasi blok yaradılıb.

“Erməni Milli Konqresi” və “Xalq Partiyası” blokunun seçki siyahısına birinci Ermənistan prezidenti Levon Ter-Petrosyan başçılıq edəcək.

Siyahıda ikinci fiqur isə “Xalq Partiyası”nın sədri Stepan Dəmirçyandır.

Bunu AzadlıqRadiosunun Ermənistan xidmətinə “Erməni Milli Konqresi” partiyasının sədr müavini Levon Zurabyan deyib.

Levon Zurabian
Levon Zurabian

Blokun cəmi bir partiya ilə yaradılmasına gəldikdə isə Zurabyan bildirib ki, başqa siyasi qüvvələrlə birləşməkonlar üçün önəmli məsələ deyil, dah vacib olan proqramdır, yəni xalqa nə deyəcəyimizdir.

Daha geniş blokun yaradılmaması- yəni digər siyasi partiyaların bu bloka qoşulmamasının, Levon Ter-Petrosyanın Dağlıq Qarabağda sül istəyi ilə bağlı olub-olmamasına gəldikdə isə Zurabyan bunları deyib: “Yox, iki ay əvvəl bir sıra siyasi qüvvələr bizimlə blok yaratmaq istədilər, biz də buna razılıq verdik, amma danışıqlar baş tutmadı.Çünkidigər siyasi qüvvələr tələsik hansısa bloklar yaratdılar. Biz 7-9 müxalifət qüvvəsindən ibarət iri bir blok yaradılmasına razılıq versək də danışlqlar başlamadı və nəticədə hansısa kiçik bloklar yaradıldı”, Zurabyan deyib.

Blokun rəqabətqabiliyyətli olacağına gəldikdə isə Zurabyan deyib ki, ilk növbədə onların ideologiyası və qətiyyəti rəqabətqabiliyyətlidir, hansı ki, bu digər siyasi qüvvələrdə yoxdur.

“Biz Ermənistan və Dağlıq Qarabağ məsələsi ətrafında baş verəmləri araşdırır və görürük ki, bu məsələdə nəhayət xalqa həqiqəti deməliyik. Biz bu həqiqəti seçkiqabağı proqramımızın əsası kimi görmək istəyirirk. Bu, seçkilərdə bizim blokunəsas mesajı olacaq”, Zurabyan vurğulayıb.

Belə bir çağırışla blokun parlamentə düşmək şansına gəldikdə isə Zurabyan qeyd edib ki, bu mesaj nəyin ki, həqiqətdir, həm də səs gətirə bilər.

Seçkilərdə iştirakla bağlı müraciətə qoyulmuş vaxt fevralın 16-da başa çatdığından, Zurabyan “Erməni Milli Konqresi” və “Xalq Partiyası” blokunun digər bloklarla birləşməsinin mümkünlüyünü ağılabatan saymır.

Ermənistanda növbəti parlament seçkisi aprelin 2-nə təyin edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG