Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 08:26

Peterburqda kilsə qalmaqalı davam edir


Fəalların kilsə qarşısında aksiyası, 12 yanvar 2017

2 mindən çox adam yanvarın 28-də Sankt-Peterburqda Müqəddəs İsaak Kafedralının Rusiya Ortodoksal Kilsəsinə verilməsi iləbağlı etiraz aksiyası keçirib.

Etirazçılar deyir ki, onlar kilsənin muzey statusunu itirəcəyindən narahatdılar. Bu kilsə turistlər arasında populyardır.

“Biz Müqəddəs İsaak Kafedralını kilsəyə vermək istəmirik. Biz onu muzey kimi qorumaq istəyirik”, yerli məmur Boris Vishnevsky jurnalistlərə bildirib.

Aksiyaçılar deyirlər ki, kafedral şəhərə pul gətirir, indi isə onu kilsəyə verirlər.

Bəzi etirazçılar kilsənin gücünün artmasından narahatdılar.

Kafedralın kilsəyə verilməsini istəyənlər də aksiya keçirərək bu qərarı müdafiə ediblər.

Kilsə UNESKO-nun siyahısındadır və 1917-ci il bolşevik inqilabından sonra muzey kimi fəaliyyət göstərir. Hər il 3,5 milyondan çox turist buranı ziyarət edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG