Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 06:20

Kreml ‘səbirlə’ Trump-dan ‘işarətlər’ gözləyir


Dmitri Peskov

Rusiya bildirib ki, Vaşinqtonun Moskvaya gələcək münasibətinin “işarətlərini səbirsizliklə gözləyir”.

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, Kreml “prezident Trump-dan müxtəlif bəyanatlar eşidib”.

O deyib: “Biz səbirlə doluyuq və bu bəyanatlardan qaynaqlanan müəyyən addımlar gözləyirik ki, ikitərəfli münasibətlərimizin perspektivlərini başa düşək”.

Peskovun bu qeydləri Trump-ın Konqres qarşısındakı çıxışından sonraya təsadüf edib. Trump bu çıxışında “Rusiya” adını çəkməyib.

Lakin Trump-ın seçki kampaniyası ərzində Moskva ilə daha yaxşı münasibətlərə can atacağına dair vədi Konqres qarşısındakı çıxışında ola bilsin belə bir bəyanatında ifadə olunub: “Amerika ortaq maraqlar uyğun gələn yerdə yeni dostlar tapacağına və yeni partnyorluqlar quracağına ümid edir”.

Peskov deyib ki, Kreml Trump-ın bu çıxışda konkret olaraq Rusiyanın adını çəkməməsindən təəcüblənməyib.

Peskov deyib ki, ABŞ prezidenti Amerika məsələləri, Rusiya prezidenti Rusiya məsələləri ilə məşğuldur”.

Fevralın 23-də verdiyi bəyanatında Donald Trump demişdi ki, ABŞ-ın nüvə cəbbəxanasını genişləndirmək niyyətindədir. O həmçinin demişdi ki, ABŞ nüvə silahı qüdrətində geri qalır.

Trump həmçinin bildirmişdi ki, yeni START müqaviləsi birtərəflidir.

Rusiya ilə ABŞ arasında 2010-cu ildə imzalanmış yeni START müqaviləsinə görə tərəflər 2018-ci ildən etibarən qarşıdan gələn 10 il müddətində bərabər sayda nüvə başlığına malik olmalı idilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG