Keçid linkləri

2017, 28 Mart, çərşənbə axşamı, Bakı vaxtı 02:26

Peruda güclü sel 67 nəfərin həyatına son qoyub. 70 mindən çox adam evsiz-eşiksiz qalıb. Güclü yağış səbəbindən baş verən torpaq sürüşmələri yüz mindən artıq evə ziyan vurub, 117 körpü uçulub. Perunun şimal sahillərində yerləşən bəzi kəndlər tamamilə boşaldılıb.

Peru prezidenti Pedro Pablo Kuczynski ölkənin çox ciddi iqlim problemi ilə üz-üzə qaldığını deyib. 1998-ci ildən Peru sahillərində belə dağıdıcı təbiət hadisəsi olmayıb.

Paytaxt Limada selin gətirdiyi palçıq şəhərin küçələrinə, hətta bəzi evlərə dolub. Minlərlə adam evlərini tərk eləmək məcburiyyətində qalıb.

Ölkədə şiddətli yağışlar daha iki həftə davam edəcək.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG