Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:35

Penitensiar Xidmət: 'Murad Ədilovu fikrindən daşındırmışıq'


M.Ədilov
M.Ədilov

AXCP üzvü Murad Ədilovun saxlandığı 10 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyasına başlamasından sonra onun cəzalandırılaraq cərimə təcridxanasına salındığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna onun qardaşı Natiq Ədilov danışıb.

N.Ədilovun bildirdiyinə görə, Murad heç bir cinayət törətmədiyi halda beşinci ildir həbsdə saxlanmasına etiraz olaraq sentyabrın 7-dən aclıq edir. Sentyabrın 10-da axşam saatlarında onun ailə üzvlərinə xəbər gəlib ki, M.Ədilovun vəziyyəti ağırdır və o, vəkilinin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarının təcili şəkildə ona baş çəkməsini istəyir.

«Murad qanunsuz həbsinə etiraz olaraq aclığa başladığına görə onu türmə içində türməyə - karsa salıblar. Bu, Azərbaycan hakimiyyətinin insan hüquq və azadlıqlarına, tənqidçi, müxalif fikirli insanlara və onların yaxınlarına münasibətinin göstəricidir. Baş verənlər bizim üçün qeyri-adi deyil. Çünki bu hökumətin mahiyyətinə bələdik», – N.Ədilov belə deyir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, M.Ədilov aclıq etmir: «Bu barədə xəbərlər yayılandan sonra məsələni aydınlaşdırdıq. Bizim əməkdaşlar onunla söhbət aparıb və Murad Ədilov aclıq etmək fikrindən daşınıb».

M.Ədilovun cəzaçəkmə müəssisəsində cərimə təcridxanasına salınmasına gəlincə, Penitensiar Xidmətin rəsmisi deyir ki, məhkumların yerdəyişməsi barədə məlumatlar açıqlanmır: «O ki qaldı Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları ilə görüşməyə, bu qurumun nümayəndələri mütəmadi Penitensiar Xidmətin tabeliyində olan müəssisələrə baş çəkirlər. Bu məsələdə heç bir problem yoxdur».

Xatırlatma

M.Ədilov 2014-cü il avqustun 11-də yaşadığı Sabirabad rayonunun Xəlfəli kəndində həbs edilib. O, Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham olunub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib.

O, ittihamları qəbul etmir, həbsini, əsasən, qardaşının fəaliyyəti ilə bağlayır.

Qardaşı N.Ədilov «Azadlıq» qəzetinin və «Azərbaycan saatı» televiziya proqramının əməkdaşı olub, hazırda mühacirətdədir.

«Amnesty International» beynəlxalq insan haqları təşkilatı M.Ədilovu «vicdan məhbusu» elan edib.

Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması ilə bağlı deyilənləri qəbul etmirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG