Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 07:01

Rusiya məhkəməsi 'Wallenberg işi'nə baxacaq


Raoul Wallenberg

Avqustun 17-də Moskva məhkəməsi Raoul Wallenberg-in qohumlarının Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FSB) qarşı iddiasına baxacaq. Ailənin vəkilinin deməsinə görə, qohumları keçmiş İsveç diplomatının və müharibə qəhrəmanının taleyini müəyyənləşdirəcək qeyri-məxfi sənədləri istəyir.

«Qorxurduq ki, məhkəmə iddianı qəbul etməz. Son on illər ərzində Rusiya dövlət qurumları bu iş üzr informasiya verməməkdən ötrü müxtəlif bəhanələr uydurublar», – Wallenberg-in qardaşı qızı Marie Dupuy-un vəkili Ivan Pavlov avqustun 10-da deyib.

R.Wallenberg İkinci Dünya müharibəsi zamanı minlərlə macarıstanlı yəhudini qətldən xilas edib. Onu sovet əsgərləri 1945-ci ildə ələ keçirib və daha sonra həbsxanada ölüb.

Rusiya ancaq onu bildirib ki, Wallenberg 1947-ci ildə Lubyanka həbsxanasında vəfat edib. Həmin həbsxana FSB-nin sələfi sayılan KGB-nin nəzarətində idi. Ölümün ayrıntıları bəlli deyil.

İNFARKT VERSİYASINA ŞÜBHƏ EDİRLƏR

Sovet İttifaqı, daha sonra isə Rusiya 35 yaşlı isveçlinin infarktdan öldüyünü bildirib. Wallenberg-in ailəsi, İsveç rəsmiləri və digərləri bu versiyanı şübhə altına alıblar.

M.Dupuy iyulun 26-da Rusiyanın «Team 29» hüquq assosiasiyasından iddianı qaldırmağı xahiş edib, çünki «özümün, tarixçilərin, İsveç rəsmilərinin uzun illər Rusiya hakimiyyətinə saysız açıq və məxfi xahişləri nəticəsiz qalıb».

Onun iddiasına görə, Rusiya arxivlərində Wallenberg-in taleyinə birbaşa aidiyyəti olan sənədlər var, ancaq ailəsinə və müstəqil ekspertlərə həmin sənədləri tədqiq etməyə imkan verilmir.

«Gələn cümə axşamı – avqustun 17-də indiyədək məsələyə şərh verməmiş FSB-nin mövqeyini aydınlaşdıracağıq və məhkəmədə nəylə üzləşəcəyimizi biləcəyik», – I.Pavlov deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG