Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:53

Pashinian Valeri Osipianın nəyə görə nazir təyin edilməsinə aydınlıq gətirdi


Nikol Pashinian və Valeri Osipian
Nikol Pashinian və Valeri Osipian

Ermənistanın baş naziri Nikol Pashinian özünün Feysbuk səhifəsində canlı yayımda bildirib ki, Valeri Osipian ona görə daxili işlər naziri vəzifəsinə təyin edildi ki, o korrupsiyaçı deyil.

AzadlıqRadiosunun erməni xidməti yazır ki, bu təyinat ölkədəki sosial şəbəkələrdə birmənalı qarşılanmayıb, həmçinin bir sıra tanınmış yerli hüquq müdafiəçiləri bu qərarı tənqid ediblər.

“Ona görə Osipianın üzərində dayandım ki, o korrupsiyaçı deyil.Bu polis sistemində nadir haldır.O heç bir klanın üzvü deyil. Əvvəlki illərdə Ermənistanda polisin irəli getməsi üçün xüsusi prinsiplər vardı, “krışa”n olmalı idi. Yerevan polisinin rəis müavini Osipian karyerasına “küçədə qara işlərdən” başlayıb” Pashinian bildirib.

Pashinian deyib ki, şəxsən onun özü 2007-ci ildən 2018-ci ilədək keçirilən etiraz aksiyalarında dəfələrlə Osipianla qarşı-qarşıya gəlib.

Hətta son aksiyada əli yaralanıb, amma əsas odur ki, polis rəisi korrupsiyaçı, heç bir klana məxsus olmasın.

Nikol Pashinian
Nikol Pashinian

Buna da bax:Pashinian: “Mən nə rusiyayönlü, nə də amerikayönlüyəm...” (VIDEO)

Qeyd edək ki, baş nazir Pashinianın təklifi ilə Valeri Osipian mayın 10-da daxili işlər naziri, Artur Vanetsyan isə milli təhlükəsizlik xidmətinin sədri vəzifəsinə təyin edilib.

Artur Vanatesyan bunadək,bu xidmətin Yerevan şöbələrindən birinin rəhbəri olub.

Eduard Aqacanyan isə hökumət aparatının rəhbəri təyin olunub. O, Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası və parlamentdəki Yelk fraksiyasının üazvüdür.

Nikol Paşinyan mayın 11-də yeni hökumətin ilk iclasından sonra deyib ki, , fövqəladə hallar naziri David Tonoyan isə müdafiə naziri vəzifəsinə təyin ediləcək.

Tonoyan 2010-2016-cı illərdə müdafiə nazirinin birinci müavini olub.

Davit Tonoyan
Davit Tonoyan

Nikol Paşinyan mayın 8-də ölkə parlamentində ölkənin yeni baş naziri seçildi.

Qeyd edək ki, keçmiş prezident Serz Sargsyanın aprelin 17-də baş nazir seçilməsi ölkədə kütləvi etirazlara səbəb oldu və o buna tab gətirə bilməyib aprelin 23-də istefa verməli oldu.

Həmin etirazları Nikol Paşinyan təşkil etmişdi.

Paşinyan Sarkisyanı prezidentliyin ardınca baş nazir kimi hakimiyyətdə qalmağa cəhdində ittiham edirdi. Ermənistan 2015-ci ildə referendum keçirərək prezident üsul-idarəsindən parlament idarəçiliyinə keçib.

Buna da bax: Levon Ter-Petrosyan ‘çox təhlükəli vəziyyətdən’ yazır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG