Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:00

Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü olacaq


Prezidentlərin Soçidə görüşlərindən biri, 25 yanvar 2010
Prezidentlərin Soçidə görüşlərindən biri, 25 yanvar 2010
Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernard Fasie, İqor Popov və Robert Bradtke iyunun əvvəllərində regiona səfər edəcəklər. APA informasiya agentliyi xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.

Onun sözlərinə görə, səfərdən sonra Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskvada üçtərəfli görüşü keçiriləcək:

“Bundan sonra isə çox güman ki, iyunda üç ölkənin prezidentlərinin görüşü olacaq. Nazirlərin görüşü yəqin ki, Moskvada keçiriləcək, prezidentlərin görüşünə gəldikdə isə bir neçə variant var və biz bu variantlar üzərində işi davam etdiririk”.

Hər üç ölkənin prezidentləri bu ilin martında da Soçidə görüşüblər. Prezidentlərin görüşü birgə bəyannnamənin qəbulu ilə başa çatmışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG