Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:05

Hər il partiyalara 2.5 milyon ayrılır


Əli Həsənov
Əli Həsənov

-
«Azərbaycanda çoxlu sayda partiya, QHT, mətbuat orqanı fəaliyyət göstərir. Hər il dövlət büdcəsində partiyaların maliyyələşməsinə 2.5 milyon ayrılır. Venesiya Komissiyası siyasi partiyalarla bağlı qanunvericiliyə maliyyələşmə sahəsində edilən dəyişikliyi müsbət qiymətləndirib».

APA-nın xəbərinə görə, bunu 18 iyun -Azərbaycanda İnsan Hüquqları Günü ilə əlaqədar parlamentdə keçirilən dinləmələrdə prezidentin köməkçisi Əli Həsənov deyib.

Ə.Həsənov daha sonra QHT-lərə dövlət dəstəyindən danışıb: «Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərə ciddi dəstək verir. Konstitusiyada KİV üzərində senzuranın yolverilməzliyi təsbit olunub. Hazırda Azərbaycanda qəzet və jurnal nəşr etmək çox asandır. Təsis sənədlərini Ədliyyə Nazirliyinə təqdim etməklə 7 gün sonra nəşrə başlamaq olar».

«MEDİANIN İNKİŞAFINA 30 MİLYON MANAT AYRILIB»

Ə.Həsənov deyib ki, prezident İlham Əliyev medianın inkişafına daim diqqətlə yanaşır: «2009-cu ildə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Fond ötən dövr ərzində medianın inkişafına 30 milyon manat ayırıb. Azərbaycan KİV-in sayına görə MDB və Avropa məkanında lider ölkələrdən hesab olunur. 5 mindən çox KİV qeydiyyatdan keçib, 50-dən çox televiziya və radio, çoxlu sayda yayım orqanları fəaliyyət göstərir».

İnsan hüquqları ilə bağlı Azərbaycan hökuməti daim ciddi tənqidlər ilə üzləşir. Vətəndaş cəmiyyət təmsilçiləri hazırda həbsxanalarda 100-ə yaxın siyasi məhbusun olduğunu bildirirlər. Həbsxana və təcridxanalarda işgəncə hallarının mövcud olması ilə bağlı çoxsaylı şikayətlər var. Üstəlik, söz və mətbuat azadlığına ciddi basqılar olduğu da bildirilir.

Ancaq hökumət siyasi məhbusların olması fikri və işgəncələrlə bağlı iddiaları qəbul etmir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG