Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Yanvar, Cümə axşamı, Bakı vaxtı 13:33

Parlament hökumətə 9 gün vaxt verdi


Nazirlər Kabineti

Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi başa çatıb.

APA xəbər verir ki, parlamentdə səslənən təklifləri dəyərləndirməkdən ötrü hökumətə 9 gün vaxt verilib.

Buna da bax:​ Azərbaycanın xaricdəki bir neçə səfirliyi bağlanacaq?

Müzakirələrdən sonra spiker Oqtay Əsədov deyib ki, hökumət dekabrın 16-na kimi qaldırılan məsələlərə baxa bilər. Dekabrın 16-da büdcə layihəsi səsverməyə çıxarılacaq.

Parlament büdcə layihəsinin müzakirəsinə dekabrın 6-da başlamışdı. Bundan əvvəl layihə komitələrdə müzakirə edilmişdi.

Buna da bax: Vahid Əhmədov: '2017-ci il sınaq ili olacaq'

Gələn il dövlət büdcəsinin gəlirləri 16 mlrd. 255 mln. manat, xərcləri isə 16 mlrd. 900 mln. manat nəzərdə tutulur.

Büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsi dekabrın 8-də davam etdiriləcək.

XS
SM
MD
LG