Keçid linkləri

2017, 24 Sentyabr, bazar, Bakı vaxtı 21:44

Parisin Orly hava limanında silah səsləri eşidilib, şübhəli öldürülüb


Foto: arxiv

Fransanın paytaxtı Parisdə, Orly hava limanında hərbçinin silahını almağa çalışan bir nəfər vurularaq öldürülüb. Başqa şübhəlilərin ola biləcəyinə görə, aeroportun iki terminalı bağlanıb. Sərnişinlər çıxarılıb, uçuşlar təxirə salınıb.

Şahidlər bildirib ki, şübhəli öldürülməmişdən əvvəl bir hərbçini girov götürübmüş. Şahidlər silah səsləri eşitdiklərini də deyiblər.

Fransanın Daxili İşlər Nazirliyi bildirib ki, şübhəli öldürülməmişdən əvvəl bir mağazaya giribmiş. Nazirlik hadisə vaxtı heç kimin yaralanmadığını bildirib.

Orly hava limanı Fransanın ikinci ən böyül aeroportudur. Burda Avropa və Afrikaya çox sayda uçuşlar həyata keçirilir.

Keçən il Fransada baş verən terror hadisləri nəticəsində 200-dən çox adam ölüb. O vaxtdan ölkədə fövqəladə vəziyyət davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG