Parisin mərkəzindəki Yelisey çölləri - Şanzelize (The Champs-Elysees avenue) prospekti, burada iyunun 19-d bir avtomobil polis avtofurqonuna çırpıldıqdan sonra bağlanıb. Toqquşma nəticəsində maşın alışıb.
Daxili İşlər Nazirliyinin sözçüsü Pierre-Henry Brandet deyib ki, böyük bir ehtimalla silahlı olan sürücü həlak olub. Brandet deyib ki, o avtomobili polis maşınına bilərəkdən vurub.
Fransa prokurorluğu hadisə ilə bağlı cinayət işi açıb və təhqiqat prokurorluğun antiterror bölümü tərəfindən aparılır.
Fransa polisi – milli jandarmeriya xidmətinin məlumatına görə hazırda vəziyyətə nəzarət edilir. İndsident nəticəsində xəsarət alan və ölən olmayıb.