Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:33

Yarım əsr əvvəl etirazçı tələbələr Parisi ələ keçirmişdilər [Fotolar]


Fransa - Tələbə etirazları, May, 1968

Hər şey puritanlığa qarşı mübarizədən başladı.

Tələbələr onların qız yataqxanalarına sərbəst giriş-çıxışına icazə verilməsini tələb edirdilər.

Bu tələb bəzilərinə ciddi görünməyə bilər.

Amma gənclər seksual azadlıq tələb edirdilər. O zaman tətbiq edilən qadağalar tələbələrin yataqxanalarda sekslə məşğul olmasına qarşı yönəlmişdi.

Amma etirazçıların seksual azadlıq tələbləri tez bir zamanda siyasi məhdudiyyətlərə, iqtisadi problemlərə qarşı hərəkata yol açdı.

Etriazların önündə Paris-Nanterre Universitetinin tələbələri gedirdi.

Liderləri Daniel Kon-Bendit idi.

Paris-Nanterre Universiteti 1964-cü ildə Sarbonna Universitetinin bir fakültəsi kimi təsis edilmişdi.

Universitet yetərincə siyasiləşmişdi. 1968-ci ildə artıq anarxizmin mərkəzinə çevrilmişdi.

1968-ci il martın 22-də solçu tələbələr universitetin inzibati binasını ələ keçirir. Dərslər dayanır.

Kon-Bnediti "qanunsuz təbliğat"da ittiham edib universitetdən qovmaqla hədələyirlər.

Onun müdafiəsi məqsədilə təşkil ediləcək nümayiş mayın 3-nə təyin edilir. Aksiya Sarbonnanın həyətində keçirilməliydi.

İfrat sağçı "Oksidan" qrupu tələbələri hücumla hədələyir. Gərginlik artır. Polis "oksidançıları" saxlamağa başlayır, amma eyni zamanda Sarbonnanın həyətindən Kon-Bnediti müdafiə edən solçuları da sıxışdırıb çıxarır.

400 nəfər saxlanır. Sarbonnada da dərslər dayanır.

Tələbələr Parisin küçələrində toplaşmağa başlayır.

Onlar polisə daş atırlar. Polis buna dəyənəklərlə cavab verir.

Hadisə yerinə xüsusi təyinatlılar gətirilir. Gözyaşardıcı qazdan istifadə edilir.

"Qadağan etmək qadağandır" şüarları qışqıran tələbələrlə yanaşı turistlər, yoldan ötənlər, kafedə oturanlar, jurnalistlər də zərər çəkir.

Onların da bəziləri aksiyaçılara qoşulur.

Bir gecədə Parisin beşinci dairəsi boyunca barrikadalar qurulur.

Tələbələr daş döşənmiş küçələri sökür, polisə atmaq üçün "sursat" toplayırlar

Polis də zorakı davranmaqda davam edir.

Mayın 13-də həmkarlar ittifaqları birgünlük tətil elan edirlər.

Hökumət hərbi polisi geri çəkir. Fəhlələr tələbələrlə birlikdə böyük nümayiş keçirir.

Tətil bir günlə məjdudlaşmır, davam edir.

8 milyon fəhlə aksiyaları müddətsiz keçirməyi qərar alır. Bu, hələ də Fransa tarixində əm böyük tətil sayılır.

Tələbələr Sarbonna Universitetini zəbt edirlər. Onlar həm universitetin, həm də cəmiyyətin problemlərini müzakirə etməyə başlayırlar.

Universitetin divarlarına şüarlar yazılır, hər yerdən qırmızı bayraqlar asılır.

Universitetin divarına Çin lideri Maonun şəkli çəkilir. Tələbələr demək istəyirlər ki, "Yer üzündə sosial ədalətin bərqərar olunduğu ölkələr də var".

Tələbələr qarşısında o vaxtların öndəgedən moaçusu, filosof Jan Pol Sartr çıxış edir.

Etriazlar bölgələrə də yayılır. Mayın 24-də etirazçılar Paris birjasını yandırmağa cəhd edirlər. Küçələrdə maşınlar yandırılır, polislə toqquşmalar davam edir.

Mayın 29-da prezident De Qoll Baden-Badenə gedir. Şayiələr yayılır ki, o, istefa verib.

Amma o, hərbi komandanlıq ilə görüşlər keçirir.

Parisdə De Qoll tərəfdarlarının da mitinqləri başlanır.

Prezident gərgiliyi azaltmaq üçün növbədənkənar parlament seçkiləri elan edir.

Fransa - Parisdə həbs edilən tələbə. May, 1968
Fransa - Parisdə həbs edilən tələbə. May, 1968

Fransa - Fransız rejissor Jean-Luc Godard tələbə etirazlarını çəkir. May, 1968
Fransa - Fransız rejissor Jean-Luc Godard tələbə etirazlarını çəkir. May, 1968

Bu arada həmkarlar ittifaqlarına güzəştə gedilir, maaşlar birdən-birə 10 faiz artırılır. Minimum əmək haqqı 35 faiz qaldırılır. İş həftəsi qısaldılır.

​Fəhələlər küçələrdən çəkilir.

Mayın sonundan etibarən tələbə etirazları da zəifləməyə başlayır.

İyunun 16-da polis Sarbonnanı etirazçı tələbələrdən təmizləyir, qırmızı bayraqlar yığışdırılır. Polis silah axtarır, amma bir neçə dəyənək tapa bilir.

Növbədəkənar seçkilərə De Qoll tərəfdarları "cəmiyyəti kommunist təhlükəsindən qoruyaq" şüarı ilə gedirlər və sonda qalib gəlirlər.

...Bu hadisələrdən 50 il keçir.

Bəziləri bunu xaos, bəziləri isə "daha ədalətli cəmiyyət uğrunda hərəkat" saymaqda davam edir.

XS
SM
MD
LG