Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:52

Roma papası kosmik stansiyadakılarla “məhəbbətdən” danışıb


Roma papası Francis
Roma papası Francis

Roma papası Francis Beynəlxalq Kosmik Stansiyanın (BKS) ekipajı ilə canlı efirdə “məhəbbət və insanın kainatdakı yeri” barədə müzakirə aparıb.

Oktyabrın 26-da 54-cü beynəlxalq kosmik ekspedisiya ilə 20 dəqiqəlik söhbət Vatikan başçısının BKS-lə ikinci ünsiyyəti olub. Roma papası 16-cı Benedict kosmonavtlara 2011-ci ildə zəng etmişdi.

Söhbəti ekipaj üçün italiyalı astronavt və mühəndis Paolo Nespoli aparırdı. O həm də italyanca danışan müqəddəs atanın dediklərini ekipaj yoldaşları üçün tərcümə edirdi.

Roma papası kosmik stansiya ilə Papa 6-cı Pavel zalından danışırdı. Bu zalın bir hissəsi Vatikanın, digər hissəsi isə Romanın ərazisinə düşür.

Ekipaj iki rusiyalı kosmonavtdan – Aleksandr Misurkin və Sergey Ryazanskidən, habelə üç amerikalıdan - Joe Acaba, Mark Vande Hei və komandir Randy Bresnik-dən ibarətdir.

Papanın insanın kainatdakı yeri barədə sualına cavab verən Vande Hei deyib ki, kosmodan baxanda “bizim nə qədər kövrək olduğumuz” görünür.

Bresnik isə deyib ki, kosmosdan dünyanın sərhədləri və münaqişələri görünmür.

Daha sonra isə papa “günəşi və ulduzları hərəkətə gətirən eşqdən” söz açıb.

İngiliscə danışan Ryazanski deyib ki, ekipaj planetimizin müxtəlif ölkələrini və xalqlarını təmsil edir.

O deyib ki, babası Mixailin yolu ilə getdiyinə görə fəxr edir. Onun babası 1957-ci ildə Sovet İttifaqından buraxılan ilk kosmik gəminin – Sputnik-in dizayneri idi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG