“The Economist” Covid-19-un yoxsullar üçün heç vaxt yaxşı olmadığını yazır. İlk vaxtlarda xəstəliklə artan bərabərsizlik arasında əlaqədən danışmırdılar. Belə ki, 2020-ci ildə daha zəngin iqtisadiyyatlar adambaşına ÜDM-də daha böyük azalmaya məruz qaldılar.
Ancaq pandemiya irəlilədikcə onun qlobal bərabərsizliyə təsiri də dəyişdi. Zəngin ölkələr yoxsullara nisbətən vaksinlərə daha yaxşı çıxış əldə etdilər, gəlirləri dəstəkləmək, dirçəlişə təkan vermək üçün proqramlara xərcləri artırdılar.
“Pandemiya sonucda ölkələr arasındakı bərabərsizliyi 2010-cu illərin əvvəlindəki səviyyəyə qaldırmış oldu”, – məqalədə deyilir.
Uçurum genişlənir
Dərgi 1990-cı ildə qlobal bərabərsizlikdə başlanmış uzunmüddətli çöküşün bitdiyini, indi varlı və yoxsullar arasında uçurumların genişlənəcəyini proqnozlaşdırır. Belə ki, yoxsul ölkələrin pandemiyadan dirçəlişi daha ləng gedir. Paradoks isə ondadır ki, bu proses qismən daha öncə yoxsul olanların gəlirlərinin artmasıyla bağlıdır.
Tədqiqatçılar adətən bərabərsizliyin iki fərqli – ölkə daxilində və ölkələr arasındakı formasını nəzərdən keçirirlər. 1980-ci illərdən 2000-ci illərəcən bir çox ölkələr daxilində bərabərsizlik artıb. Zəngin amerikalılar, britaniyaliları və çinlilər öz həmvətənlərindən daha çox varlanıblar.
Yoxsul ölkələr zənginlərdən daha sürətlə artdığından, Çin və Hindistan bu mənada xüsusi fərqləndiyindən, qlobal bərabərsizlikdə kəskin azalma yaranıb.
“The Economist” pandemiya dövründə vaksinlərin və zəngin dünyada daha səxavətli yardım proqramlarının ölkələr arasındakı uçurumu dərinləşdirdiyini qeyd edir.
Dünyada istehsalın həcmi proqnozları
Beynəlxalq Valyuta Fondunun hesablamasına görə, 2024-cü iləcən inkişaf etməkdə olan dünyada istehsalın həcmi pandemiyadan öncəki tendensiyanın 5 faizindən də az olacaq. Zəngin iqtisadiyyatlarda isə bu göstəricinin 1%-dən az, Amerikada istehsal daha yüksək olacağı gözlənir.
Ancaq dərgi qlobal bərabərsizliyin daha xoşbəxt inkişafın nəticəsi olduğunu da qeyd edir. Bu yaxınlarda aparılmış bir araşdırmaya görə, qarşıdakı illərdə ölçülü qlobal bərabərsizlik son onillərdə azaldığı səbəbdən qaynaqlanaraq davamlı arta bilər. 1980-ci illərdən bəri qlobal bərabərsizlikdə azalmanın böyük hissəsi Çin və Hindistanda sürətli iqtisadi artımla bağlı idi. Hazırda Çində adambaşına ÜDM təxminən qlobal göstəriciyə yaxındır, Hindistan isə buna 2030-cu illərdə çata bilər.
“Bu ölkələrin gəlirləri göstərilən həddi keçəndən sonra onların davamlı artımı azalan deyil, artan bərabərsizliyin mənbəyinə çevriləcək”, – məqalədə deyilir.
2019-cu ilin sonlarında Çində aşkarlanmış Covid-19 pandemiyasına indiyədək dünyada 580 milyona yaxın insan yoluxub, 6 milyon 400 mindən çox ölüm qeydə alınıb.