Keçid linkləri

Təcili xəbərlər
2018, 27 Aprel, Cümə, Bakı vaxtı 06:54

Maltadakı növbədənkənar seçkilərdə Azərbaycan barmağı


Maltanın Azərbaycanla bağlı korrupsiya qalmaqalında adı çəkilən baş naziri Joseph Muscat

Maltanın seçki komissiyası bildirir ki, iyunun 3-də keçirilən növbədənkənar parlament seçkisində seçicilərin 92 faizi iştirak edib.

Komissiyanın iyunun 4-də səhər tezdən bildirdiyinə görə, nəticələr bazar günü günorta saatlarına bilinəcək.

Növbədənkənar seçki baş nazir Joseph Muscat hökumətiylə bağlı korrupsiya iddiaları ortaya çıxandan sonra çağrılıb.

Buna da bax:​ Maltadakı etirazlarda Azərbaycanın adı çəkilir

Rəy sorğuları Muscat-ın daha beş il müddətinə baş nazir seçilə biləcəyini göstərib. Ancaq əhalinin böyük hissəsi isə seçkidə kimə səs verəcəyini qərarlaşdıra bilməyib.

Muscat seçkini vaxtından bir il tez keçirib. Onun həyat yoldaşı Michelle gizli Panama şirkətinin əsas benefisiarı olmaqda suçlanıb. Həmin şirkətə Azərbaycanın hakim ailəsindən ödənişlər yığılıbmış.

Baş nazirin işlər idarəsinin rəhbəri Keith Schembri də özünün Panamada qeydiyyatdan keçmiş şirkətinin olduğunu boynuna alıb. Həmin şirkət barədə daha öncə açıqlama verilməyib.

Buna da bax:​ «Əslində qiyam mayın əvvəllərindən başlamışdı»

Ötən ay Muscat bildirib ki, Maltanın təhlükəsizlik xidmətləri Rusiyanın ölkənin daxili işlərinə mümkün müdaxilə barədə xəbərdarlıq olunub.

Malta hazırda Avropa Birliyinin rotasiya üzrə prezidentidir. Ölkə Rusiyadan gəldiyi bildirilən kiberhücumlara məruz qalması barədə xəbərdarlıq edib.

Rusiyayla Maltanın münasibətləri son vaxtlar pisləşib. Belə ki, Valleta Suriyaya gedən Rusiya hərbi gəmilərinin Maltada yanacaq doldurmasına icazə verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG