Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 00:53

Orhan Pamuk Erdoğanı 'qərbləşməyə' çağırıb


Orhan Pamuk (Foto: RFERL)

Nobel mükafatlı Türkiyə yazıçısı Orhan Pamuk “tükənməkdə olan ifadə azadlığının və can verməkdə olan demokratiyanın” xilas edilməsi üçün prezident Recep Tayyip Erdoğanı qərbləşməyə çağırıb.

Reuters-in Qlobal Bazarlar Forumunda internetlə çıxış edən 65 yaşlı Pamuk deyib ki, o ölkəsi üçün daha çox modernləşmə istəyir.

O bildirib ki, indiyədək yazdığı romanların hamısında insanlara, onlara əzab verən ənənələrdən xilas olmalarını təbliğ edib və bu mənada onun onuncu romanı - “Qırmızı saçlı qadın” əsəri də istisna təşkil etmir.

Yazıçı deyib ki, adamlar 21-ci əsrə uyğunlaşmağa can atarkən onları buxovlayan ənənələrdən qurtarmaq üçün ağır şəxsi bədəl ödəməli olurlar.

Reuters agentliyi Pamukun çıxşından bəzi yerləri olduğu kimi verib:

Sual: Çox vaxt Şərqlə Qərb arasında qapı adlandırılan Türkiyə kifayət qədər modernləşirmi?

Cavab: Azad sözün vəziyyəti o qədər ağırdır ki, bizim Qərb və Avropaya daha mehriban münasibətdə olmağımıza indi çox ehtiyacımız var. Mən bu günün özündə, hökumət bizi Qərb dəyərlərindən mümkün qədər uzağa dartdığı bir zamanda da qərbləşmədən o qədər də narahat deyiləm.

Sual: Siz İstanbuldakı şəhərləşməni və başqa Qərb təsirlərini Türkiyə kimliyinə təhlükə yoxsa, xeyirli bir hal kimi qəbul edirsiniz?

Cavab: Əslinə qalsa, mən Qərb və Şərqi bir araya gətirmək istəmirəm. Mən sadəcə olaraq İstanbuldakı və ətrafdakı adamların həyatının poetik və ədəbi müşahidəsindən əldə etdiklərimi yazmaq istəyirəm. Lakin İstanbulda Qərbdən və modernlikdən, həm də Şərq və onun ənənlərindən gələn elementlər bir yerdə olduğuna görə adamlar bəzən elə düşünürlər ki, mən onların arasında körpü salmağa çalışıram. Əslində Qərbdən və Şərqdən gələn bir şox şeylər İstanbulda harmoniyalı şəkildə yanaşı yaşayır. Mən sadəcə olaraq bunlar barədə hekayətlər uydururam.

Sual: Bəs “Qırmızı saçlı qadın” romanınızın mövzusu barədə nə deyə bilərsiniz?

Cavab: Mənim obrazım həyatını pul qazanmağa həsr edən idealist və siyasi atasının yükünü çəkir. Mənim dostlarımın arasında belələri çoxdur…Onları mənim romanımda toxunulan mənəvi məsələlər çox narahat edir. Fərdilik və icmaya məxsusluq. Və yaxud da iqtisadi inkişaf və modernliyin rahatlığı ilə keçmişin mədəniyyət və memarlığını saxlamaq arzusu. Mənim kitablarım kimliyini itirmədən modern olmaq barədədir.

Sual: İndi Nobel mükafatı mövsümüdür. 2006-cı ildə bu mükafatı almağınız sizi necə təsirləndirib?

Cavab: Mənim kitablarım mən hələ Nobel mükafatı almadan da 46 dilə tərcümə olunmuşdu. İndi kitablarım artıq 63 dilə tərcümə edilib. Ola bilsin, mükafat kömək edib. Bunu dəqiq deyə bilərəm ki, bu mükafat mənə daha çox oxucu gətirib və öz ölkəmi təmsil etmək üçün müəyyən diplomatik məsuliyyət verib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG