Keçid linkləri

Təcili xəbərlər
2021, 06 May, Cümə axşamı, Bakı vaxtı 23:36

Bu il 82 min ton 'ağ qızıl' toplanıb


Saatlıda pambıq tarlası

Dekabrın 5-dək ölkə ərazisində 82 min 257 ton pambıq tədarük olunub.

Bu haqda Dövlət Statistika Komitəsinin operativ bilgilərində qeyd edilir.

Komitənin rəqəmlərinə görə, əvvəlki illə müqayisədə pambıq tədarükü 2,4 dəfə artıb.

Buna da bax:​ Saatlı pambıqçıları: 'Bu, qul əməyidir...'

2015-ci ilin dekabrın 7-nə kimi 34 min 703 ton pambıq yığılmışdı.

Pambıq yığımında əvvəlki aylarda olduğu kimi Saatlı rayonu liderdir. Bu rayon dekabrın 5-dək 11 min 200 ton pambıq tədarük edə bilib.

Mövsüm öncəsində hökumət 100 min ton pambıq yığılacağını gözlədiyini açıqlamışdı.

Bu il ölkədə pambıq yığımına müəllimlər, həkimlər, mədəniyyət işçiləri və ASAN Xidmət əməkdaşları da cəlb edilib. Müstəqil hüquqşünaslar büdcə təşkilatında çalışanların pambıq yığımına cəlb edilməsini qanunsuz sayırlar. Bəzi siyasi təhlilçilər isə bunu SSRİ dövrünə qayıdış kimi dəyərləndirirlər.

Buna da bax: 'Qara qızıl' öldü, yaşasın 'ağ qızıl'!

Rayon icra hakimiyyətlərindən isə bildiriblər ki, heç kim pambıq yığımına məcburi aparılmır. Ancaq bir çoxlarını düşündürən bəzi suallar açıq qalır. Şəxsi iş adamlarına məxsus pambıq sahələrində niyə, müəllimlər, həkimlər çalışmalıdırlar? Onların pambıq yığmasına rəhbərlik nədən göz yumur?

Ekspertlər bunu həmin pambıq sahələrinin hakimiyyətdə təmsil olunan şəxslərə məxsus olması ilə izah edirlər.

Buna da bax:

Pambıq zülmündən qurtarmaq üçün 30 milyon lazımdır
Gözlə

No media source currently available

0:00 0:15:05 0:00

XS
SM
MD
LG