Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:43

Keçmiş prezident həbs edildi


 Park Geun-hye
Park Geun-hye

Cənubi Koreyanın keçmiş prezidenti Pak Kın He (Pak Geun-hye) həbs edilib.

Penxap agentliyinin məlumatına görə, seulda keçirilən məhkəmə prosesi təxminən 9 saat sürüb.

Pak Kın He martın ortalarında korrupsiya qalmaqalına görə vəzifəsindən kənarlaşdırılmışdı.

Prokurorluq onu rüşvətxorluq, vəzifə səlahiyyətlərini aşmaq və dövlət sirrini açmaqda ittiham edir.

Amma Pak Kın He ittihamları rədd edir.

Keçmiş prezident ətrafında qalmaqal 2016-cı ilin oktyabrından qopub.

Kütləvi informasiya vasitələri (KİV)həmin vaxt ”Samsung” da daxil olmaqla Cənubi Koreya şirkətlərinin dövlətdən dəstək əvəzində keçmiş prezidentin rəfiqəsinin yaratdığı fondlara vəsait köçürmələri barədə məlumatlar yaydılar və bundan sonra ölkədə qalmaqal qopdu.

Korrupsiya qalmaqalı bütün ölkə boyu prezidentin istefası tələbilə kütləvi etiraz aksiyalarına səbəb oldu və sonda Pak Kın He vəzifədən kənarlaşdırıldı.

Yaxın vaxtlarda ölkədə növbədənkənar prezident seçkisi keçirilməlidir.

Bunlara da bax. Prezidentin ətrafındakı korrupsiya qalmaqalı "Samsung"a da gedib çatdı.

Cənubi Koreya parlamenti prezidentin hakimiyyətdən getməsinə səs verdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG