Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:52

Özünü yeni qatarın altına atdı


Qatar
Qatar

-

Sentyabrın 17-si saat 07.55-də Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarı Keşlə qəsəbəsindən keçərkən hadisə baş verib.

«Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat katibi Nadir Əzməmmədovun apa-ya verdiyi məlumata görə, Keşlə qəsəbə sakini, 1964-cü il təvəllüdlü Qətibə Abdullayeva qatarın çatmasına 15-20 metr qalmış qəfildən dəmiryol xəttinin üzərinə uzanaraq intihar edib.

Elektrik qatarının müşahidə kamerası ilə hadisə vaxtı qeydə alınan görüntülər hüquq-mühafizə orqanlarına təqdim edilib.

Elektrik qatarı 27 dəqiqə gecikmə ilə Bakı-sərnişin stansiyasına daxil olub.

XS
SM
MD
LG