Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:01

Məktəblərdə pul yığırlar


Foto arxiv
Foto arxiv

Özbəkistanın Əndican vilayətində məktəb və uşaq bağçalarına göstəriş verilib ki, həyətlərində subtropik bitkilər əksinlər.

Yerli məmurlar bunu onunla əsaslandırırlar ki, ölkə rəhbərliyi kənd təsərrüfatı məhsullarının ixracını artırmaq istəyir.

AzadlıqRadiosunun Özbəkistan xidməti Asakinsk rayonundan olan narazı valideyinlərə istinadla yazır ki, məktəb və uşaq bağçalarında limonluqları valideynlərin hesabına yaradırlar. Şagirdlərdən pul yığırlar.

Foto arxiv
Foto arxiv

Uşağı 52 saylı məktəbin birinci sinifində oxuyan bir ana radionun özbək xidmətinə deyib ki, artıq məktəblərdə pul yığmaqdan təngə gəliblər, indi də limonluqlar üçün 5 min sum istəyirlər. Adı çəkilməyən valideyin deyir ki, “prezidentin limonluqları” nəyə görə məktəblərin hesabına salınmalıdır ?

Övladı 55 saylı məktəbdə oxuyan digər validyin isəradionun müxbirinə təkcə son ayda bu cür məqsədlərə 55 min sum xərclədiyini deyib.

“Valideyinlərdən “Əlifba” bayramı üçün 15 min, 8 mart üçün həmçinin 15 min, müəllimlər üçün şirin stol və pitsaya görə 5 min, səhnənin bəzədilməsi üçün 3 min, məktəb fondu üçünsə aylıq kimi 7 min pul toplayıblar, indi də bu limonluqlar ortaya çatılıb, bu nə özbaşınalıqdır?

Adının çəkilməsini istəməyən müəllimələrdən biri deyir ki, onları buna rəhbərlik məcbur edir, sonda isə bütün günahı müəllimlərin üstünə yıxırlar.

Radionun müxbiri rayon təhsil şöbəsilə əlaqə saxlamağa cəhd göstərsə də bu baş tutmayıb, “Ozodlik” sözünü eşidən kimi təsdəyi atıblar.

Mənbə yazır ki, Əndican vilayətinin rəhbərliyi hələ ötən ilin dekabrında məktəb və uşaq bağclarına limon yetişdirməyi tapşırmışdı və vilayət təhsil idarəsiin əməkdaşı həmin vaxt “Ozodlik” radiosuna bildirmişdi ki, məqsəd bu cür məhsulların ixracını artırmaqdır.

Özbəkistan prezidenti Shavkat Mirziyayev bu ilin yanvarında ölkədə kasıblığı ləğv etmək üçün də təşəbbüslə çıxış etmişdi.

Yerli hakimiyyətin nümayəndələri bu ideyanın reallaşması üçün bu yaxınlarda qapı-qapı gəzərək hər bir ailəyə sponsorlar hesabına 20 cücə bağışladılar ki, bu sahə inkişaf etdirilsin.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG