ABŞ-da mənzillənmiş insan haqları gözətçisi Freedom House təşkilatı bidlirib ki, “beynəlxalq icma prezident Şavkat Mirziyoev hakimiyyətə gələndən bəri Özbəkistanda baş verən müsbət dəyişiklikləri etiraf etməli və bu Mərkəzi Asiya ölkəsini tammiqyaslı islahatların keçirilməsinə ürəklənidrməlidir”.
Təşkilatın avqustun 28-də açıqladığı hesabatda deyilir ki, 2016-cı ildə avtokrat prezident İslam Karimovun ölümündən sonra hakimiyyətə gələn Mirziyoev 30 milyonluq əhalisi olan ölkənin dünya birliyinə açılması istiqamətində bəzi addımları atıb.
Bununla yanaşı hesabatda deyilir ki, mətbuata Karimovun irsinin tənqidi icazəsi verilməsi geniş islahatlardansa, daha Mirziyoevin özünün hakimiyyətdə möhkəmlənmək niyyəti kimi görünür.
Hesabatda qeyd olunur ki, bəzi hökumət fəaliyyətlərinin şəffaflaşdırılması və korrupsiyanın azacıq buxovlanması ilə, ola bilsin, Mirziyoev köhnə elitanın zəiflədilməsini və sərvətin özünün daha dinamik, ticarət yönümlü biznes elitasına transferinə çalışır.
Hesabatın müəllifi Vaşiqntonda mənzillənmiş Respublikaçı İnstitutun Avrasiya bölümünün direktor müavini Baxtiyor Nişanovdur.
Mirziyoev 2016-cı ilin 2 sentyabrında Karimovun ölümündən dərhal sonra keçid prezidenti təyin edililib və daha sonra sərt nəzarət altında keçirilmiş seçkidə prezident olub.
Hesabatda Mirziyoevin “müsbət addımları” olaraq “media məkanının genişləndirilməsi” və Özbəkistanın qonşuları ilə münasibətlərinin “əhəmiyyətli” yaxşılaşdırılması misal gətirilir.
Bundan başqa Mirziyoev vətəndaşların xaricə getməsi üçün çıxış vizası almaq məhdudiyyətini qaldırıb.
Hesabatda bildirilir ki, “müşahidəçilər də ölkədə vətəndaş fəallığının azacıq canlanmasını, din azadlıqlarının genişləndirilməsini qeyd edirlər”.
“Belə görünür ki, Özbəkistanda bahar istiləşməsi başlanıb. Bu başqa sualdır ki, bu çiçəklənmə ilə nəticələnəcək əsl baharın müjdəsidir, yoxsa qarşıdan gələn təkrar buzlaşmadan əvvəl ötəri istiləşmədir” – deyilir hesabatda.
Sənəddə bu da vurğulanır ki, Mirziyoev hakimiyyətin vermək iqtidarında olduğundan daha artıq azadlıq ümidləri yaratmaqla çətin vəziyyətə düşə bilər.
Hesabata görə məhz bu səbəbdən dəbeynəlxalq icma müsbət dəyişiklikləri etiraf etməli, lakin firavan, təhkükəsiz və pluralist Özbəkistanı bərqərar edəcək tammiqyaslı islahatları həyata keçirməsi üçün Daşkənd üzərinə təzyiqlərini davam etdirməlidir.
Bu ayın əvvəllərində Nyu Yorkda mənzillənmiş Human Rights Watch təşkilatı Mirziyoev hakimiyyətə gələndən bəri 5 siyasi məhbusun azad edildiyini xəbər vermişdi.
Təşkilatın bəyanatında deyilirdi ki, Daşkənd bütün siyasi məhbusların azadlığa buraxılmasını təmin etməlidir.