Keçid linkləri

Təcili xəbərlər
2018, 25 May, Cümə, Bakı vaxtı 11:18

Türkiyədən qayıdan yazıçını Daşkənd aeroportunda qandallayıblar


Nurulloh Muhammad Raufxon

Bu yaxınlarda Türkiyədə könüllü sürgündən qayıtmış özbək yazıçının müdafiəsini heç bir vəkil üzərinə götürmək istəmir.

Bir neçə vəkil hakimiyyətin həbs etdiyi şəxsi müdafiə etməkdən qorxduğunu deyib.

Yazıçı Nurullo Otahonovun xanımı Gulnara Otahonova sentyabrın 29-da AzadlıqRadiosuna deyib ki, ailə hələ də vəkil axtarışındadır.

Otahonova qarşı ittihamların arsında hakimiyyətin devrilməsinə çağırışlar, ekstermist materialların hazırlanması və saxlanması daxildir.

Nurulloh Muhammad Raufhon təxəllüsü ilə tanınan Otahonov sentyabrın 27-də Türkiyədən vətənə qayıdarkən Daşkənd beynəlxalq hava limanında həbs edilib.

Həyat yoldaşı deyir ki, yazıçı elə aeroportda qandallanıb və polis idarəsinə aparılıb. Onu qarşılamağa gəlmiş qohumları ilə görüşməyə qoymayıblar.

Otahonovaya daha sonra polis idarəsindən bildirilib ki, əri “Bu günlər” adlı kitabı ilə bağlı qaldırılmış cinayət işi əsasında həbs olunub.

Bu kitab Özbəkistan hökumətinin dini işlər üzrə komitəsi tərəfindən ekstremist ədəbiyyat kimi qiymətləndirilib.

Daşkənd polisi sentyabrın 28-də bildirib ki, 63 yaşlı Otahonova qarşı cinayət işi hələ ötən may ayında qaldırılmışdı.

Daşkənd polis rəisinin müavini Doniyor Toşxojaev jurnalistlərə deyib ki, yazıçı ölkəyə qayıtmazdan əvvəl əfv üçün müraciət etməyib və qayıtması barədə hakimiyyət orqanlarına bildirməyib.

İstanbuldan Daşkəndə uçmazdan əvvəl Otahonov AzadlıqRadiosuna demişdi ki, o ölkənin yeni prezidenti Şavkat Mirziyoevin bütün özbək ziyalılarına vətənə qayıtmaq çağırışına uyğun olaraq qərar qəbul edib.

Otahonovun Özbəkistan hakimiyyət orqanları ilə problemləri 2013-cü ildən, o hələ Movarunnahr nəşriyyatının direktoru və Hidoyat jurnalının baş redaktoru vəzifələrindən çıxarılandan başlanıb.

Prezident Mirziyev qürbətdəki bütün özbək ziyalıları vətənə qayıtmağa dəvət edib
Prezident Mirziyev qürbətdəki bütün özbək ziyalıları vətənə qayıtmağa dəvət edib

O Türkiyəyə oradakı nəşriyyatlardan birinin dəvəti ilə 2015-ci ildə gedib. Türkiyədə olarkən Sovet İttifaqı çökəndən bəri Özbəkistanın inkişafı barədə tənqidi “Bu günlər” kitabını yazıb.

Həmin vaxt Özbəkistan hökuməti onun evinə reyd keçirib və adı ekstremistlərin siyahısına salınıb. Beləliklə, onun vətənə qayıtması texniki baxımdan mümkünsüz olub.

Əgər indi Otahonov ona qarşı irəli sürülmüş ittihamlarda təqsirli bilinsə, onu 13 illik həbsxana cəzası gözləyir.

Avqust ayında Mirziyoevin hökuməti elan etmişdi ki, minlərlə adamın adı İslam Karimovun diktaturası zamanı tərtib edilmiş qara siyahıdan çıxarılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG