Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:31

Oskar mükafatları – bütün nominasiyalar və qaliblər


Guillermo del Toro, arxiv fotosu
Guillermo del Toro, arxiv fotosu

“Suyun forması” “Ən yaxşı film” nominasiyası da daxil olmaqla dörd “Oscar” alıb.

Guillermo del Toro-nun filmində lal-kar qadının hökumət laboratoriyasında saxlanan sirli amfibiya məxluqa eşqindən söz açılır.

Los Ancelesdə Akademiya Mükafatlarının təqdimat mərasimi martın 4-də keçirilib.

Gary Oldman “Ən qaranlıq saat” filmində yaratdığı Winston Churchill obrazına görə ən yaxşı aktyor seçilib.

59 yaşlı Oldman daha öncə Qızıl Qlobus və bir sıra başqa tədbirlərdə mükafatlar qazanmışdı.

Frances McDormand isə “Missuridə Ebbinq kənarında üç bilbord” filmindəki roluna görə ən yaxşı aktrisa adını alıb.

***

"Vogue" jurnalının saytı yazır ki, bu il "Xarici dildə ən yaxşı film" naminasiyası üzrə "Oskar" almağa namizədlər arasında xeyli sayda maraqlı film var.

"FANTASTİK QADIN"

Çili rejissoru Sebastián Lelio-nun "Fantastik qadın" filminin qəhrəmanı Maria gündüzlər ofisiant işləyir, gecələrsə kabaredə müğənnilik edir.

Özündən 30 yaş böyük olan kişi ilə eşq yaşayır.

Amma Marianın həyatı qəfildən alt-üst olur. Sevgilisi ölür, sevgilsinin ailəsi və həkimlər ölümə görə ondan şübhələnməyə başlayır.

Polis Marianı güdməyə başlayır.

"BƏDƏN VƏ RUH"

Macar rejissor Ildikó Enyedi-nin çəkdiyi bu filmdə hadisələr sallaqxanada baş verir.

Endre sallaqxananın maliyyə direktorudu, Pedantlığı ilə seçilən Maria isə keyfiyyətə nəzarət edir. Onlar bir-birlərinə aşiq olurlar. Amma Mariada infantil autizm xəstəliyi var. O, insanlarla ünsiyyət qurmaqda çətinlik çəkir. Onlar bir-birlərini sevdiklərini bilirlər, amma real həyatda münasibət qurmaq alınmır.

Sallaqxanada bir oğurluq hadisəsi baş verəndən sonra bütün işçiləri sorğu-sual etməyə başlayırlar. Məlum olur ki, Endre və Maria eyni yuxuları görürlər: Bir-birinə aşiq olmuş iki maral kimi gecələr meşədə görüşürlər.

Bu, onlara real həyatda da bir-biriləri ilə ünsiyyət qurmağa kömək edir.

"SEVGİSİZ"

Filmin rejissoru rusiyalı Andrey Zvyagintsevdir.

Gənc ailə dağılır. Valideynlər boşanır, amma tək oğullarının kiminlə qalacağına qərar verə bilmirlər.

Valideynlərinin biganəliyi ilə üz-üzə qalan 12 yaşlı Alyoşa evdən qaçır.

Film bir müddət əvvəl Kann Festivalında "Münsiflər Heyətinin mükafatı"nı qazanıb.

"TƏHQİR"

Film Livanda çəkilib. Rejissoru Ziad Doueiri-dir.

Xristian Toni və müsəlman Yasser məişət probleminin üstündə dalaşır, bir-birini təhqir edirlər.

İş məhkəməyə gedib çıxır. Məhkəmədə bu insanların vaxtilə yaşadıqları travmalar - vətəndaş müharibəsinin, qanlı olayların onların yaddaşjnda qoyduğu izlər özünü göstərir.

Vəziyyət elədir ki, adi bir məişət münaqişəsi zəminində işlədilmiş təhqiramiz söz dərhal daha geniş kontekstə keçmiş olur.

"KVADRAT"

İsveçli rejissor Ruben Ostlund-un "Kvadrat" filmi bundan əvvəl Avropa Film Akademiyasının 6 mükafatını qazanıb,

O cümlədən "Ən yaxşı Avropa filmi", "Ən yaxşı Avropa komediyası", "Ən yaxşı ssenari" və "Ən yaxşı rejissor" mükafatlarını.

Filmdəki hadisələr Avropada baş verir.

Satiranın hədəfi Avropanın mədəni elitasıdır. Bu elitanın başı özünə o qədər qarışıb ki, reallıq hissini elə itirib ki, artıq açıq-aşkar absurd olan "sənət nümunələrindən" muzeylər yaradır, bu elitanın nümayəndələri ikili həyat yaşayırlar, başları öz eqoist və dəbdəbəli həyat tərzlərinə qarışdığından cəmiyyətdə baş verənlərdən xəbərsizdirlər, Avropa sivilizasiyasını xaricdən təhdid edən qüvvələrə isə sadəlövhcəsinə qucaq açırlar.

Bu ilki "Oskar"ın təqdimat mərasimi martın 4-də keçirilir.

Oskar mükafatları – bütün nominasiyalar və qaliblər

Ən yaxşı tərəf-müqabil aktrisa

Mary J. Blige, “Madbound ferması” (Mudbound)
Allison Janney, “Mən, Tonya” (I, Tonya) *QALİB
Lesley Manville, “Xəyali ip” (Phantom Thread)
Laurie Metcalf, “Ledi Bird” (Lady Bird)
Octavia Spencer, “Suyun forması” (The Shape of Water)

Ən yaxşı tərəf-müqabil aktyor

Willem Dafoe, “Florida layihəsi” (The Florida Project)
Woody Harrelson, “Ebbinq, Missuri yaxınlığında üç bilbord” (Three Billboards Outside Ebbing, Missouri)
Richard Jenkins, “Suyun forması” (The Shape of Water)
Christopher Plummer, “Dünyanın bütün pulu” (All the Money in the World)
Sam Rockwell, “Üç bilbord” (Three Billboards Outside Ebbing, Missouri) *QALİB

Xarici dildə ən yaxşı film

“Fantastik qadın” (A Fantastic Woman) *QALİB
“Təhqir” (The Insult)
“Sevgisiz” (Loveless)
“Bədən və ruh” (On Body and Soul)
“Kvadrat” (The Square)

Ən yaxşı sənədli film (qısametrajlı)

"Edith + Eddie"
“Cənnət 405-də yol tıxacıdır” (Heaven is a Traffic Jam on the 405) *QALİB
"Heroin(e)"
“Bıçaq ustalığı” (Knife Skills)
"Traffic Stop"

Ən yaxşı bədii-sənədli film

“Abakus: Məhbəs qədər kiçik” (Abacus: Small Enough to Jail)
“Simalar, yerlər” (Faces Places)
“İkar” (Icarus) *QALİB
“Hələbdə son adam” (Last Men in Aleppo)
“Güclü ada” (Strong Island)

Orjinal mahnı

“Gur çay” – “Madbaund ferması” (Mighty River – Mudbound)
“Eşqin sehri” – “Məni öz adınla çağır” (Mystery of Love -Call Me by Your Name)
“Xatırla məni” – “Coco” (Remember Me – Coco) – QALİB
"Nə üçünsə ayağa qalx” – (Stand Up For Something – Marshall)
"Bu mənəm” – “Ən böyük şoumen” (This is Me - Greatest Showman)

Ən yaxşı multiplikasiya filmi

“Bəbə bos” – (The Boss Baby)
“Çörək adam” (The Breadman)
“Koko” (Coco) *qalib
"Ferdinand"
“Sevən Vincent” (Loving Vincent)

Baş rolun ən yaxşı aktyoru

Timothée Chalamet, - “Məni öz adınla çağır” (Call Me By Your Name)
Daniel Day-Lewis, "Xəyali ip” (Phantom Thread)
Daniel Kaluuya, "İtil!” (Get Out)
Gary Oldman, "Ən qaranlıq saat” (Darkest Hour) – QALİB
Denzel Washington, "Roman J. Israel, Esq."

Baş rolda ən yaxşı aktrisa

Sally Hawkins – “Suyun forması” (The Shape of Water)
Frances McDormand, “Üç bilbord” (Three Billboards Outside Ebbing, Missouri) - QALİB
Margot Robbie,“Mən, Tonya” (I, Tonya)
Saoirse Ronan, “Ledi Bird” (Lady Bird)
Meryl Streep,“Poçt” (The Post)

Ən yaxşı rejissor

Christopher Nolan, “Dunkerk” (Dunkirk)
Jordan Peele, “İtil!” (Get Out)
Greta Gerwig, “Ledi Bird” (Lady Bird)
Paul Thomas Anderson “Xəyali ip” (Phantom Thread)
Guillermo del Toro, "Suyun forması” (The Shape of Water) QALİB

Ən yaxşı film

"Məni öz adınla çağır” (Call Me by Your Name)
"Ən qaranlıq saat” (Darkest Hour)
“Dunkerk” (Dunkirk)
“İtil!” (Get Out)
“Ledi Bird” (Lady Bird)
“Xəyali ip” (Phantom Thread)
“Poçt” (The Post)
“Suyun forması” (The Shape of Water) *QALİB
“Üç bilbord” (Three Billboards Outside Ebbing, Missouri)

Ən yaxşı qısametrajlı multiplikasiya filmi

“Əziz Basketbol” (Dear Basketball) *QALİB
“Baş qonaqlığı” (Garden Party)
"Lou"
“Mənfi fəza” (Negative Space)
“Əttökən qafiyələr” (Revolting Rhymes)

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG