Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 18:48

'Oskar'a namizəd olan iranlı kinorejissoru ABŞ-a buraxmadılar


Asghar Farhadi, California, 7 yanvar 2017

“Oskar” mükafatına namizəd olan iranlı kinorejissor Əsgər Fərhadinin ABŞ-a girişinə qadağa qoyulub. O, fevralın 26-da ABŞ-da keçirilən mükafatlanma mərasiminə qatılmalı idi.

O, ABŞ hakimiyyətinin hərəkətini qəbuledilməz adlandırıb.

Misir hökuməti Qairədən Nyu-Yorka uçmaq istyən İrak və Yəmən vətəndaşlarını EgyptAir şirkətinin təyyarəsinə buraxmayıblar. Ancaq onların bütün sənədləri yerində olub.

AB və Yaxın Şərqin, o cümlədən, beynəlxalq miqrasiya təşkilatları ABŞ prezidenti Donald Trump-ın imiqrasiya ilə bağlı imzaladığı sərəncamdan narahatçılıqlarını bəyan ediblər.

Trump-ın dekabrın 27-də imzaladığı sərəncamda İran, İraq, Suriya, Sudan, Liviya, Yəmən və Somali kimi müsəlman ölkələrinin vətəndaşlarına ölkəyə giriş 90 günlük qadağan edilib. Qaçqınların qəbulu ilə bağlı ümumi proqram 120 günlük dayandırılıb.

Ölkədə hüquq müdafiəçiləri Nyu-York federal məhkəməsinə müraciət ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG