Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:52

Orhan Pamuk, 'Şahnamə', Edip və yeni Türkiyə


Czech Republic -- Orhan Pamuk PWF 2 at the Prague Writers Festival, Mayor's Residence, 19Apr2013
Czech Republic -- Orhan Pamuk PWF 2 at the Prague Writers Festival, Mayor's Residence, 19Apr2013

Türkiyənin Nobel mükafatlı yazıçısı Orhan Pamuk İstanbulu həmişəlik tərk etmək qərarını açıqlayıb. Bu yazıçının uzun düşüncələrinin və fikir iztirablarının gətirdiyi qərar olub.

Pamuk özünün “İstanbul: Xatirələr və şəhər” memuarlarında yazır ki, onun da bütün İstanbul yazıçıları kimi bir gözü həmişə Qərbdə olub, lakin indi tam bir çaşqınlıq yaşayır.

Pamuk izah edir ki, bu çaşqınlıq öz qaynağını 1920-ci illərdən götürür. Osmanlı imperiyasının çöküşü, Türkiyə Respublikasının doğulması, birinci prezident Mustafa Kemal Atatürkün modernləşdirmə islahatları, əlifbanın latınlaşdırılması, təqvimin qreqorianlaşdırılması, ölkənin dünyəviləşdirilməsi…

İstanbul - Qərblə Şərqin birgə yaşadığı şəhər
İstanbul - Qərblə Şərqin birgə yaşadığı şəhər

Pamuk hesab edir ki, Türkiyə elitaları məhz bu məqamda gələcək nəsilləri girləyəcək dəhşətli bir səhvə yol veriblər.

Onlar Şərq və Qərbin üzvü sintezindən doğan bir İstanbul mədəniyyəti yaratmayıblar, sadəcə Qərbi və Şərqi bir araya gətiriblər.

New Yorker” məcmuəsində ədəbiyyat tənqidçisi Shaj Mathew yazır: “Pamuk Türkiyənin qərbləşməsi və modernləşməsi ilə bağlı narahatlıqlarını uzun müddətdir ki, öz əsərlərində təhlil etməyə çalışıb. Onun “Qırmızı saçlı qadın” romanı Şərqin və Qərbin şah miflərini bir araya gətirir. Biz bunu fars Firdovsinin “Şahnamə”si və Sofoklun “Kral Edip” əsərlərinin qarşı-qarşıya qoyulmasında görürük. Bunlardan biri digərinin astar üzüdür”.

Edipdə oğul atasını öldürürür, “Şahnamə”də isə ata oğlunu qətlə yetirir.

“Qırmızı saçlı qadın” romanında biz adsız bir ata obrazını görürük. Atatürkün adında da “ata” sözü var.

Pamuk Atatürkün islahatlarını onlar qəbul edildiyi vaxtdan yüz il sonraya gətirir və Türkiyənin özünün dünyəvi ideallarından uzaqlaşdığı bir vaxtda ölkənin öz siyasi atasına dəyişən münasibətini göstərir.

Pamukun yeni romanı bir yeniyetmənin həyatı üzərində qurulub. Hadisələr 1980-ci illərdən sonrakı dövrdə cərəyan edir.

“Qırmızı saçlı qadın” romanının qəhrəmanı yeniyetmə gənc Cem Çelikdir. Onun atası siyasi motivlərlə həbs olunub. Cem yazıçı olmaq istəyir. O kitab mağazasında işləyir və “Kral Edip” əsəri ilə də burada tanış olur. Əslində Edip onun bütün həyatını dəyişir. Süjet baxımından bu an romanın başlanğıcı sayıla bilər.

Məktəbinin pulunu ödəyə bilmək üçün Cem şəhərətrafında özünə sərfəli bir iş tapır. O burada quyu qazanın köməkçisi işləyirdi. Axşamlar Öngören qəsəbəsinin küçələri ilə dolşaırdı və kitabın adı olan qırmızı saçlı qadınla da burada rastlaşır. Qadın səyyar teatr truppasının üzvüdür. Cem öz müdirinin etirazlarına baxmayaraq bu teatrın “mənəviyytalı pyeslərinə” tamaşa edir.

Pamukun son romanını ilhamlandıran qədim əsər - "Şahnamə"
Pamukun son romanını ilhamlandıran qədim əsər - "Şahnamə"

Lakin iş yerində qəza baş verir. Quyu qazanlardan biri Cemin səhvi üzündən həlak olur. Hadisə yerindən qaçmaq və ya qaçmamaq dilemması qarşısında qalanda Cem Edipi xatırlayır. Edip peyğəmbərliyin səhv çıxması üçün atasını qətlə yetirməyi qərara almışdı. Lakin Cem qərara alır ki, Edipin haqlı çıxmaması üçün o, süjetin əksinə getməyi bacarmalıdır.

Cem arzuladığı kimi yazıçı ola bilmir, lakin qurduğu tikinti şirkətinə “Şahnamə”də öldürülmüş övladın – Söhrabın adını verir. O kollecdə birgə oxuduğu sevgilisi ilə evlənir və artıq çox zəngin bir insandır. Lakin günah ona dinclik vermir.

O Tehranda olarkən getdiyi qonaqlıqda divarda “Şahnamə”dən bir illüstrasiya çəkildiyini görür. Bu şəkildə oğlu Söhrabı qətlə yetirdikdən sonra onun meytini qicaqlayan Rüstəm təsvir olunmuşdu.

Bir az da sərxoş olan Cem düşünürdü ki, görəsən Türkiyə də İran kimi öz keçmişinə, xüsusilə də şairlərinə bağlı qala bilərdimi və görəsən bunu etsəydi bu gün necə bir ölkə olardı.

Lakin Cemin öz nəhəng tikinti layihələri keçmişi buldozerləyən qüvvələrdən biridir. İstanbulun qədim osmanlı evləri yerini beton-şüşə binalarala verir.

Əsərdə daha bir qəhrəman var. Serhat dindardır və Cemi elə ilk baxışdan bəyənmir. Serhat bugünkü Türkiyənin yeni adamıdır.

Pamuk memuarlarında yazır ki, Erdoğan kimi liderləri Serhat kimilərin dəstəkləyəcəyi başa düşüləndir. Söhbət təkcə Serhatdan getmir. Ölkənin bütün mömin adamları bu dəstəyi verirlər.

Məqalənin sonunda Shaj Mathew bu qənaətə gəlir ki, əsərin ideyasına görə özünün mahiyyəti etibarilə Erdoğan Atatürkün "oğlundan" başqa bir şey deyil.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG