Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:48

Natiq Əliyev də OPEC-in görüşünə gedir


Natiq Əliyev
Natiq Əliyev

Energetika naziri Natiq Əliyev Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) növbəti toplantısında iştirak edəcək.

Bu haqda nazirliyin saytı xəbər verir.

OPEC-ə üzv olan və kartelə daxil olmayan neft hasil edən ölkələrin toplantısı dekabrın 10-da Vyanada keçiriləcək.

Buna da bax:​ N.Əliyev: 'Neftin baza qiyməti 40 dollar hesablansın'

“Dövlət başçısının razılığı ilə Azərbaycan bu görüşü dünya bazarında neftin qiymətinin sabitləşməsi üçün vacib hesab edərək, toplantıda iştiraka qərar verib. Azərbaycan dünya bazarında neftin qiymətinin artmasının təmin edilməsi məqsədilə aparılan məsləhətləşmələrdə yaxından iştirak edib. O cümlədən Rusiyanın energetika naziri Aleksandr Novakla Azərbaycan energetika naziri Natiq Əliyev arasında telefon danışıqları olub və rəsmi Bakı bu prosesə dəstəyini nümayiş etdirib”, nazirlik bildirir.

Məlumatda həmçinin, OPEC və qeyri-OPEC ölkələrinin növbəti görüşünün əhəmiyyətli olacağına ümid ifadə edilib.

Buna da bax: ABŞ nefti bazarda OPEC-ə təhlükəyə çevrilib

Noyabrın 30-u OPEK-in Vyana sammitində neft hasilatının gələn ilin yanvarından 1,2 milyon barelədək azaldılaraq, 32,5 milyon barrel səviyyəsinə çatdırmaqla əlaqədar razılıq əldə olunub.

Saziş kartelə daxil olmayan ölkələrin gündəlik hasilatı 600 min barrel azaltmalarını nəzərdə tutur.

Bundan sonra neftin qiymətində artım müşahidə edilir. Hazırda neftin qiymətində son 16 ayda rekord müəyyənləşib. “Brend” markalı neftin bir bareli təqribən 55 dollara çatıb.

XATIRLATMA

Müstəqil iqtisadçılar Azərbaycanın OPEC-in bu danışıqlarında proseslərə təsirini formal hesab edirlər. Onlar deyirlər ki, Azərbaycanda neft hasilatı onsuz da tədricən aşağı düşür. Gələn il Azərbaycanda təqribən 40 milyon ton neft hasilatı gözlənilir. Müstəqil Azərbaycanda neft hasilatının ən pik həddi 2010-cu ildə qeydə alınıb. Onda 50,8 milyon ton neft hasil edilmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG