Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 07:01

Adı və ünvanı bəlli olmayan daha bir şirkət ləğv olunur


Vergilər Nazirliyi

Bakıda, Süleyman Rüstəm küçəsi,9 ünvanında yerləşən daha bir şirkət ləğv olunur. Bu dəfə ləğv olunan şirkətin o birilərindən fərqi odur ki, adından və ünvanından başqa barəsində heç nə bəlli deyil.

«Vergilər» qəzetində dərc olunan elanda ləğvinə hazırlıq görülən şirkətin vergi ödəyicisi kimi eyniləşdirmə nömrəsi belə səhvdir. Daha təəccüblüsü isə budur ki, kommersiya təşkilatlarının dövlət reyestrində «Onlyone» MMC(VÖEN 1403858891) barədə bilgi yoxdur. Şirkətin nə zaman və kim tərəfindən yaradıldığı bilinmir.

Skrin: «Vergilər» qəzeti

«Onlyone» MMC ƏDV ödəyicisidir

Qanunvericiliyə görə, kommersiya şirkətləri haqda bəzi məlumatlar (adı, VÖEN-i, təşkilati-hüquqi forması, nizamnamə kapitalı, qanuni təmsilçisi, yaranma tarixi) hamıya açıqdır. Lakin Vergilər Nazirliyinin informasiya resurslarında bəzi şirkətlərə dair həmin bilgilər də qapalıdır. Onların bəzisinin hüquqi qeydiyyat ünvanı S. Rüstəm küçəsi, ev 9-dur.

AzadlıqRadiosu Vergilər Nazirliyinin təqdim etdiyi elektron xidmətlər sayəsində müəyyənləşdirib ki, «Onlyone» MMC əlavə dəyər vergisi ödəyicisidir və sentyabrın 21-i tarixinə vergi borcu yoxdur.

Xatırladaq ki, S. Rüstəm küçəsindəki 9 nömrəli bina əsasən iki holdinqə, «Ata Holding» MMC-yəvə «Synergy Group» MMC-yə aid olduğu iddia olunan şirkətlərə ev sahibliyi edir. Son bir neçə ildə bu ünvanda yerləşən çoxlu sayda şirkət («Meqas», «Exclusive Dining», «Balitor», «Avion», «Capital Partners», «Aztexnomed», «Meqamed», «Azmedkom», «Avilan», «Brainpover», «Prokom», «Agro Capital», «Cargo Capital» və s.) ləğv edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG