Keçid linkləri

2025, 26 Mart, çərşənbə, Bakı vaxtı 18:10

31-ci Yay Olimpiya Oyunları başlayır


Oyunlar 17 gün davam etməlidir.
Oyunlar 17 gün davam etməlidir.

Bu gün, avqustun 5-də Braziliyanın Rio-de-Janeyro şəhərindəki məşhur «Marakana» stadionunda 31-ci Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilməlidir.

Bu Olimpiya Oyunlarına Azərbaycandan 56 idmançı qatılıb.

Onlardan 11-i boksçu, 9-u atlet, 13-ü güləşçi, 3-ü gimnastdır. Taekvondo və velosiped idman növlərinin hər birindən 4, cüdodan 6, üzgüçülükdən 2, qılıncoynatma, triatlon, kamandan oxatma, güllə atıcılığında isə 1 Azərbaycan idmançısı oyunlara lisenziya qazana bilib.

Rio-de-Janeyroda keçiriləcək yarışlara Azərbaycandan daha çox idmançı qatılmalı idi. Ancaq dopinq testində yaşanan problem üzündən 3 ağırlıqqaldıranın lisenziyası ləğv edilib.

Buna da bax - Azərbaycan olimpiadada neçə qızıl qazana bilər?

Oyunlara ümumilikdə 205 ölkənin 12 min 500-ə yaxın idmançısı qatılmalıdır.

2016 Yay Olimpiya Oyunları proqrama ilk dəfə iki yeni idman növünün - qolf və reqbinin daxil edilməsi ilə də əlamətdar sayılır.

Oyunlar 17 gün davam etməlidir. Qapanış mərasimi avqustun 21-də açılışda olduğu kimi, «Marakana»da keçirilməlidir.

Bundan əvvəl - 2012-ci ildə keçirilən Yay Olimpiya Oyunlarına Azərbaycandan 53 idmançı qatılmışdı. Həmin idmançılardan 2-si qızıl, 2-si gümüş, 6-sı isə bürünc medal qazanmışdı.

XS
SM
MD
LG