Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:39

Seyran Ohanyan:“Samvel Babayanı sonadək müdafiə edəcəyik”


Seyran Ohanyan
Seyran Ohanyan

“Samvel Babayanı sonadək müdafiə edəcəyik”.

AzadlıqRadiosu Ermınistan xidmətinin məlumatına görə, bunu “Ohanyan-Raffi-Oskanyan” seçki blokunun lideri, keçmiş müdafiə naziri Seyran Ohanyan, qondarma Dağlıq Qarabağ rejiminin “keçmiş müdafiə naziri” Babayanın həbsinə münasibət bildirərkən deyib.

O, bildirib ki, Babayanın həbsi onların seçki blokuna qarşı təzyiqlərin davamıdır.​

Ohanyan qeyd edib ki, Babayanı sonadək müdafiə edəcəklər, hakimiyyətin qondarma ittihamla öz məqsədinə çatmasına imkan verməyəcəklər.

Blokun digər lideri ,”İrs” partiyasının sədri Raffi Hovannisian isə Samvel Babayanı siyasi məhbus adlandırıb.

Raffi Hovannisian
Raffi Hovannisian

O deyib ki, Babayan özünün vətəndaş və siyasi baxışlarına görə həbsə atılıb, çünki bizim blokun həmfikridir.

Samvel Babayan ibu işdə əli olmadığını deyir.

Vəkili Avetik Kalaşyan AzadlıqRadiosunun Ermənistan xidmətinə deyib ki, Babayan ölkəyə “İqla” zenit-raket kompleksi keçirmək cəhdi ilə bağlı ona qarşı iddiaları qəti şəkildə rədd edir.

Babayana qarşı rəsmi ittiham irəli sürüləcəyinə gəldikdə isə vəkil bunun hələ ki, aydın olmadığını və bunun 1-2 günə bəlli olacağını deyib.

Samvel Babayan martın 22-də saxlanıb.

Samvel Babayan
Samvel Babayan

Ermənistanın milli təhlükəsizlik xidməti onun Gürcüstandan qaçaq yolu ilə ölkəyə “İqla” zenit-raket kompleksi keçirmək cəhdi ilə bağlı istintaq çərçivəsində saxlandığını bildirib.

Bu işlə bağlı Babayandan başqa daha 2 nəfər də saxlanıb.

Buna da bax. Gürcüstan ərazisi ilə Ermənistana hansı “texnika” daşınıb?

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG