Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:58

Siyasi fəalların ümummilli maddəsi - Narkotik


-

«Polisdə ciblərini axtardılar ki, axı narkotik olmalıdır. Tapmayanda gedib başqa bağlama gətirdilər və cibinə qoyub dedilər ki, bu sənin cibindən çıxıb».

Almaniyada yaşayan azərbaycanlı Tural Sadıqlı qardaşının həbsindən danışır. Deyir ki, qardaşı Elgiz Sadıqovu ona təzyiq üçün şərləyib, həbs ediblər. Tural Sadıqlı qardaşının həbs olunmasını belə nəql edir:

İlham Əliyevin Almaniya səfəri zamanı keçirilmiş etiraz aksiyasından görüntü
İlham Əliyevin Almaniya səfəri zamanı keçirilmiş etiraz aksiyasından görüntü

«Fevralın 13-də qardaşım maşınla çıxanda bir neçə şəxs onun qabağını kəsib. Deyiblər ki, polis idarəsinə getməlisən. Həmin şəxslərin maşında olarkən qardaşım hiss edib ki, cibinə nəsə qoyublar. Sonra cibindəkini sakitcə çıxarıb atıb. Bölmədə polislər cibini axtaranda baxıblar ki, cibləri boşdur. Deyiblər ki, cibində narkotik olmalı idi hanı? Gedib başqasını tapıb gətirib cibinə qoyublar».

Narkotik - Azərbaycanın «ümummilli ittiham maddəsi» - infoqrafika

Tural Sadıqlı bildirir ki, həmin gün atası Əlövsət Sadıqlı da saxlanılıb. Polis idarəsinə oğlu üçün yollanan atanı da həbs ediblər. Tural Sadıqlı bildirir ki, qardaşı və atası həmin gecəni polis bölməsində qalıb. Səhər məhkəmələri olub. Atası sərbəst buraxılsa da, qardaşı barədə narkotik saxlama ittihamı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib.

BERLİN AKSİYASININ NƏTİCƏSİ

Tural Sadıqlı deyir ki, qardaşının həbs olunacaını gözləyirdi:

«Yanvarın 21-də Almaniyada İlham Əliyev və Angela Merkel görüşürdü. Biz də bir neçə təşkilatla birlikdə görüş olacaq binanın qarşısında aksiya edirdik. Aksiyadan sonra iştirakçılara təzyiq olacağını biliridik və mənə təzyiqin qardaşımla ediləcəyini bilirdim, özünü də xəbərdar etmişdim. Belə həbslər bizim fəaliyyətimizə təsir etməyəcək».

Tural Sadıqlı
Tural Sadıqlı

Tural Sadıqlı bildirir ki, artıq bəzi İnsan haqları təşkilatları ilə danışıqlara başlayıblar. Almaniya hökümətinin də bu məsələyə münasibət bildirməsinə çalışacaqlar.

Elgiz Sadıqlının atası Əlövsət Sadıqlı AzadlıqRadiosuna müsahibəsində də oğlunun Berlində yaşayan digər oğlunun fəaliyyətinə görə saxlandığını deyib.

DİN fevralın 14-də Elgiz Sadıqovun üzərindən və maşınından 1 kq-dan çox marixuana tapılması ilə bağlı məlumat yayıb və onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

NARKOTİK DAŞIYANLAR KİMLƏRDR?

Etirazçıların, azad söz sahiblərinin və ya müxalifət düşərgədən olanların cibindən narkotik, evindən silah tapılması ilə həbs edilmə halları ilk deyil. Elə bu yaxınlarda ev dustaqlığına buraxılan AXCP Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirlinin oğlu Sənan Daşdəmirli də qanunsuz narkotik satışında ittiham olunurdu. Müsavatçı Sirac və Fərəc Kərimli qardaşları narkotik saxlamada, əldə etmədə ittiham olunub. AXCP-mətbuat xidməti rəhbərinin qardaşı da narkotik ittihamı ilə həbs edilib. Ötən ilin mayında 6 ildən 8 il yarımadək azadlıqdan məhrum edilən 8 NİDA-çıya irəli sürülən ittihamlardan biri də qanunsuz narkotik saxlama idi.

Əbdül Əbilov
Əbdül Əbilov

Bloqqer Əbdül Əbilov da narkotik ittihamı ilə 5 il yarım azadlıqdan məhrum edilib.

Bu siyahını uzatmaq olar.

AXCP sədri Əli Kərimli deyir ki, şəxslərin fəaliyyətinə görə ailə üzvlərinin cəzalandırılması və bundan təzyiq kimi istifadə edilməsi halları ilk deyil. Sədr qeyd edir ki, belə ittihamlar son iki ildə güclənmiş tendensiyanın davamıdır:

«Siyasi fəaliyətinə görə ailə üvlərindən istifadə edərək cəzalandırmaq dövlət siyasəti halını alıb. Bu hökümətin siyasi bacarıqların zəifliyini göstərir. Bu həm də ölkənin orta əsr təfəkürü ilə idarə olndugunu göstərir. Belə cəza növləri ölkədə avtoritar sistem frmalaşdırmağa aparır və dövləti daxildən sarsıdır. Qorxutmanı, əzməni cəza verməyi yeganə idarəetmə vasitəsi hesab edərsə xoşagəlmə hala gedib çıxa bilər».

QHT VƏ YA, SİYASİ PARTİYA ÇƏTİRİ

Fəzail Ağamalı
Fəzail Ağamalı

Deputat Fəzail Ağamalı isə bildirir ki, qanunu pozan hər kəs cavab verməlidir. Bu məsələləri siyasiləşdirmək lazım deyil:

«Kimsə nəsə etdi, onun qohumu tutuldu söbətləri yalan və iftiradır. Antimilli qüvvələrin iftirasıdır. Kimsə QHT-lərin, siyasi partiyaların çətiri altında kölgələnərək cinayət edir və onu siyasi istiqamətə yönəldirsə bu insanları çaşdırmaqdır. Şəxs cinayətə yol verirsə, ictimai qaydanı pozursa, narkotiklə və silah gəzdirirsə ona qarşı qanunun sərt tədbirlər görülməlidir. Yoxsa ölkə cəngəllik qanunları ilə idarə olunar».

Fəzəail Ağamalı qeyd edir ki, Azərbaycan dünyada hörmət edilən ölkədir. Belə fikirlərə onun imicinə xələl gətirmək istəyirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG