Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:07

Ofşor qalmaqalı ilə bağlı erməni məmura qarşı cinayət işi dayandırıldı


Mihran Poghosian
Mihran Poghosian

Ermənistanın xüsusi istintaq komitəsi ofşor qalmaqalına görə Ədliyyə Nazirliyi məhkəmə qərarlarının icrasına nəzarət orqanının rəisi Migran Poghosiana qarşı cinayət işini dayandırıb.

Bunu “Armenpress” agentliyinə istintaq komitəsinin sözçüsü Marina Ogancanyan deyib.

Onun sözlərinə görə, komitə istintaq zamanı Poghosianın qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı heç bir sübut aşkar edə bilməyib.

Ogancanyan qeyd edib ki, istintaq komitəsi İsveçrə və Panamanın hüquq-mühavizə orqanlarına müvafiqsorğular göndərsə də onun qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı heç bir fakt ortaya çıxmayıb.

Qeyd edək ki, Təhqiqatçı Jurnalistlərin Beynəlxalq Konsorsiumunun 2016-cı il mayın 9-da ofşor hesablarla bağlı yaydığı onlayn məlumatlarda Ermənistanda olan 50-dən çox adamın adları hallanırdı.

“Panama sənədləri” adlı hesabatda Ermənistan məhkəmə qərarlarının icrasına nəzarət xidmətinin keçmiş rəisi Mihran Poghosyanın da adı vardı.

İllustrasiya
İllustrasiya

Həmin sənədlərdə Migran Pohgosian və onun Grigori və Mikhail Arutyunyan adlı iki qohumunun Panamada qeydiyyatdan keçmiş 3 şirkətin səhmdarları olduqları bildirilirdi.

Söhbət vergidən yayınma və büdcə vəsaitləri hesabına qalmaqallı layihələrdən gedir.

Qeyd edək ki, Migran Poghosian 8 illik xidmətdən sonra ötən il aprelin 18-də məhkəmə qərarlarının icrasına nəzarət orqanının rəisi vəzifəsindən istefa verdi və həmin vaxt , adının Azərbaycandakı hakim ailənin də hallandığı siyahıda getməsindən təəssüfləndiyini bildirdi.

Bir aydan sonra Ermənistanın istintaq komitəsində ona qarşı qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı cinayət işi açıldı.

"Panama sənədləri"ndən erməni generalın da adı çıxdı. Buna da bax.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG