Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 08:15

Senat səhiyyə islahatlarına dair debatların başlanmasına səs verib


arxiv foto

ABŞ Senatı keçmiş prezident Barak Obamanın qəbul etdiyi səhiyyə xidmətləri planının dəyişdirilməsinə dair respublikaçıların təşəbbüsü ilə bağlı debatlara başlanılmasına səs verib. Bu prosesin nəticəsində «Obamacare» adı ilə tanınan tibbi sığorta sistemindəki islahatlar ləğv oluna bilər.

Səsvermə bərabər səslə nəticələndiyinə görə, vitse-prezident Mike Pence-in bir səsi əlavə edilib. Beləliklə, respubikaçıların təşəbbüsü 51 lehinə, 50 əleyhinə səslə qəbul edilib.

Respublikaçıların öz arasında da «Obamacare» ilə bağlı fikir ayrılığı var. Bəziləri hesab edirlər ki, sözügedən dəyişiklik səhiyyə sistemində xərcləri azaltmayacaq. 10-a yaxın respublikaçı senatoru debatların başlanmasına səs verməyə Trump yola gətirib, bildirib ki, respublikaçılar seçki öncəsi verdiyi vədə əməl etməlidirlər.

Debatlar bir neçə gün çəkə bilər. İyulun 25-i axşam ilk səsvermədə respublikaçıların qanun layihəsi səs çoxluğu ilə rədd edilib. Respublikaçıların tezliklə yeni qanun layihəsini səsverməyə qoyacaqları gözlənilir.

Prezident Trump iyulun 26-sı səhər Tvitter mesajlarında Senatı «Obamacare» planını ləğv etməyə çağırıb.

Obamanın təklif etdiyi «Obamacare» kimi tanınan tibbi sığorta sistemi 2010-cu ildə qəbul edilib.

Nəticədə 2014-cü ildən ölkədə tibbi sığorta məcburi olub və ölkədə tibbi sığortasızların sayı tarixi minimuma-təxminən 10%-ə enib.

Amma bunun nəticəsində büdcə xərcləri artıb.

Donald Trump «Obamacare» proqramını dövlət qurumlarına yük və israfçılıq sayır.

Bu proqramın ləğvi prezidentin seçkiqabağı kampaniyalar zamanı verdiyi əsas vədlərdən biridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG