Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:24

“Daha yaxşı Novruz bayramı hansıdır” sualının tək cavabı varmış…


Bakıda Novruz
Bakıda Novruz

Bir cavab mübahisəsiz görünür: Uşaqlıq çağının Novruzu!..

“Novruz hər zaman yeniləşən bir bayramdır, amma insanın ömrüylə birgə hər zaman öz möhürünü, öz nöqtəsini o yaşda - uşaqlıq yaşında da qoyub gəlir. Bugün mən bəlkə də daha gözəl Novruzlargörə bilərəm, amma uşaq dünyasının tilsimi təkrarlanmaz”, - “İz”in bələdçisi folklorşünas Məhərrəm Qasımlının sözləridir.

“Daha yaxşı Novruz bayramı hansıdır” sualının tək cavabı varmış…
Gözlə

No media source currently available

0:00 0:29:53 0:00
Direct-ə keçid

Aşıq Ələsgərin qoşmalarından bu bayramın rəngləri – gəlinləri boylanır. Şəhriyarın uşaqlıq dünyasının Novruzu məşhur “Heydərbabaya salam” poemasında görünür. Səməd Vurğunun müxtəlif şeirlərindən də uşaqlıq çağının Novruzu gəl-gəl deyir.


“Şəhriyar sonra da çox Novruzlar görüb. Amma uşaq vaxtı gördüyü sirr yaşdan gələn bir sirr idi. Bu mənada mənim gözümün qabağındadır o tonqallar, göyə atdığımız lopalar, axşamlar dəmlənən plovlar… əriştə kəsilməsi… Bunlar mənim üçün əlçatmaz, sirli-sehirli bir dünyadır. Nağıl qədər əzizdir, şirindir, nağıl qədər də uzaqdır…” – yenə “İz”in bələdçisinin sözləridir.


AzadlıqRadiosunun “İZ” proqramı bu sayında sevimli bayramın – Novruzun izinə düşüb.

Martın 19-da saat 23-də AzadlıqRadiosuna köklənsəniz, Novruzla bağlı daha maraqlı bilgilər eşidəcəksiniz.

Bu “İZ”i itirməyin!
Bayramınız düşərli olsun!

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG