Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 13:12

Norveç neft gəlirlərindən trilyonluq fondu necə yaratdı? 5 fakt (Video)


Foto arxiv

2017-ci il sentyabrın ortalarında Norveçin neft fondunun (The Government Pension Fund Global ) aktivləri 1 trrilyon dolları ötüb.

Neft gəlirləri hesabına yaradılmış və hətta neft tükəndikdən sonra Norveç xalqının rifahına təminat verən bu fond, dünyada ən iri maliyyə qurumlarından birinə çevirilib.

Bunun üçün cəmi 20 ildən də az vaxt lazım olub.

Fonda ilk neft pulları 1996-cı ilin mayında daxil olub.

Həmin vaxtdan bu yana fondun aktivləri təxminən 4000 dəfə artaraq 1,93 milyard norveç kronundan 7838 trilyon krona çatıb.

“Qlobal hökumət pensiya fondu” bu pulları gələcək nəsillər üçün toplayır.

“Bir gün neft qurtaracaq, amma fondun gəlirləri Norveç xalqına xeyir gətirməkdə davam edəcək” The “Government Pension Fund Global”ın saytında bildirilir.

“Missiyamız sadədir-buna baxmayaraq onu yerinə yetirmək ola bilsin çətindir-biz onu gələcək nəsillərin rifahı üçün saxlamaq istəyirik” fondun rəhbəri İngve Slingstad deyir.

Buna da bax:Fuad Muradov: 'Biz son 25 ildə elə islahatlarla məşğuluq'

Norveç fondu barədə bir neçə fakt:

1. Fondun rəsmi adı “Qlobal dövlət pensiya fondu”-dur (The Government Pension Fund Global) və Norveç bankının “ Norges Bank Investment Management” (NBİM) şöbəsi tərəfindən idarə olunur.

Şirkət rəhbərliyi maliyyə nazirliyinə tabedir. NBİM investisiya məsələlərini təkbaşına yox, maliyyə nazirliyinin tövsiyəsi və hətta parlamentdə müzakirə əsasında həll edir.

2. Bu dünyadakı ən iri belə fondlardan biridir.Dw.com saytının məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin suveren fondu Norveç fondundan 15%, Rusiyanın milli rifah fondu isə təxminən 10 dəfə kiçikdir.

Trillionçu fondlar az deyil. Bloomberg Yaponiya pensiya fondunun aktivlərinin martın sonunda 1,3 trilyonu keçdiyini yazır.

Maliyyə məsələlərinə baxan şirkətlərin aktivləri isə daha böyükdür: məsələn “Blackrock inc” in 5,7 trilyon, “Vanguarad Group”un isə 4,4 trilyonu var.

3. Hazırda Norveç fondundakı vəsaiti 5,23 milyonluq ölkə əhalisinə böləndə hərəyə təxminən 191 dollar düşür.

Amma bu vəsaitin necə bölünəcəyi hələlik bəlli deyil. Fondun adına baxmayaraq elə bir pensiya öhtəliyi yoxdur.

4. İnvestisiyaların orta illik gəliri 5.9% ,İdarəetmə xərcləri və inflyasiyanı nəzərə alanda isə 4% faizədək olur.

5. Fonda yalnız xarici aktivlər: səhmlər, qiymətli kağızlar və daşınmaz əmlak qoyulur. Bu fondda 77 ölkədən 8985 ölkənin payı var (bu dünyadakı bütün şirkətlərin 1,3%, bütün Avropa şirkətlərinin isə 2,3 %-dir).

Buna da bax: Azərbaycanın xaricdəki neft pulları necə idarə olunur? [video]

Günün bütün mövzuları

XS
SM
MD
LG