Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:23

Norveçdən sığınacaq almış 21 yaşlı çeçen qızı tutub ailəsinə qaytarıblar


Luiza Dudurkayeva
Luiza Dudurkayeva

Sentyabrın 4-də axşam Belarus hökuməti Minsk hava limanında Çeçenistandan olan 21 yaşlı qaçqın qızı saxlayıb. Bu haqda AzadlıqRadiosunun Belarus xidməti yazır. Luiza Dudurkayeva-nın Norveçdən sığınacaq almasına və öz etibarlı vəkili ilə birlikdə Norveçə uçmağa hazır olmasına baxmayaraq, onu guya adının itkin düşmüşlərin federal axtarış siyahısında olduğuna görə saxlayıblar.

ONDAN İZAHAT ALIBLAR

Luiza-nın vəkillərini dindirilməyə buraxmayıblar. Dindirilmədən sonra ağlamaqdan gözləri qızarmış qız hüquq müdafiəçilərinin yanına gəlib. Onun yanında atası olduğunu deyən şəxs olub. Qız çətinliklə özünü evə qayıdacağını deməyə məcbur edib. Luiza-nın atası olduğunu deyən şəxs onu aparıb. Norveç Krallığının verdiyi qaçqın vəsiqəsi Dudurkayeva-da qalıb.

***Buna da bax-Kanada Çeçenistandan olan 30-dan çox 'gey'ə sığınacaq verib

Bu hadisədən az öncə Dudurkayeva Moskvada da saxlanıb. Bu, sentyabrın 3-də, o, Minskə yollanmaq üçün Moskvanın «Şeremetyevo» hava limanında olduğu zaman baş verib. Ancaq Moskva hava limanında polislər onu tez buraxıblar. Onlar onu itkin düşmüş hesab etmək üçün yetərincə əsas tapmayıblar, sadəcə, ondan izahat alıblar və fotosunu çəkiblər.

Dudurkayeva vəkili ilə birlikdə adının federal axtarışda olan şəxslərin siyahısından çıxarılmasını xahiş edib. Ancaq onların bu xahişi yerinə yetirilməyib.

«QIZI ƏLƏ SALIRDILAR»

Minsk hava limanında isə sentyabrın 4-də Luiza və onu müşayiət edən şəxslər pasport və gömrük yoxlamasından keçiblər. Ancaq onlar təyyarəyə minik zalına yollandıqları zaman milis əməkdaşları onlara yaxınlaşaraq, qızı dindirilmə otağına aparıblar. Vəkilin əlində Dudurkayeva-nın maraqlarını təmsil etməsi haqda etibarnamə olsa da, onu dindirmə otağına buraxmayıblar.

***Buna da bax-Çeçenistanda boşananları qovuşdururlar – 'uşaqların xətrinə'

Özünü Luiza-nın atası kimi təqdim edən şəxs və özünü hüquq müdafiəçilərinə təqdim etməkdən yerli-dibli imtina edən cinayət axtarış əməkdaşı düz bir saat Dudurkayeva ilə söhbət ediblər.

«Luiza presuisidal (intiharqabağı) vəziyyətdədir. Mən hesab edirəm ki, o, öz fikrini dindirilmədə iştirak edən atasının hədələrinin təsiri ilə dəyişib. Belarus milisinin əməkdaşları bütün bu müddət ərzində açıq-aşkar qızı ələ salırdılar. Onun Çeçenistana qayıdan kimi öldürüləcəyi ehtimalı çox yüksəkdir», – deyə Dudurkayeva-nın vəkili və psixoloq Valentina Likhashva bildirib.

Likhashva Murmanskdan olan «Maksimum» təşəbbüsünün əməkdaşıdır.

53 MİNLİK QAPALI QRUP

21 yaşlı Luiza Dudurkayeva Çeçenistanın Arqun kəndindəndir. O, iyunun sonunda «Karfagen» adlı internet icmasının təzyiqlərinə görə Çeçenistanı tərk etməli olub. Bu qrupun üzvləri əxlaqsız davranışda ittiham etdikləri çeçen qızların fotolarını sosial şəbəkələrdə yayırlar. Qapalı qrupun üzvlərinin sayının 53 minə çatdığı bildirilir. Qrupun məqsədi «vaynax xalqının təmizliyini» qorumaqdır.

Luiza-ya hüquq müdafiəçiləri kömək ediblər. Avqustun 31-də Norveç ona qaçqın sənədləri və Şengen vizası verib.

İyunda Çeçenistan hökumətinin xahişi ilə qarışıq döyüş növləri üzrə çempion Murad Amriyev Belarusda saxlanaraq ekstradisiya edilib. Çeçenistanda onu qəsdən saxta pasportdan istifadədə günahlandırırdılar. Hüquq müdafiəçiləri isə deyirdilər ki, Amriyev Çeçenistan polisinin insanlara verdiyi işgəncələrdən danışdığına görə polis əməkdaşları ondan qisas alacaqlarını elan ediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG