Bakıda Nigeriya yazıçısı, dramaturq, şair, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vole Şoyinka (Akinwande Oluwole "Wole" Soyinka) ilə görüş keçiriləcək. (Yazıçı Afrikada insan haqları müdafiəçisi kimi də məşhurdur)
AMEA-nın yaydığı xəbərə görə, görüşsentyabrın 28-də saat 16-da Nizami adına Ədəbiyyat İnstitutunun Elktron akt zalında baş tutacaq. Vole Şoyinka 1934-cü ildə Nigeriyada doğulub.
Şeirlərini mənsub olduğu tayfanın dilində-yoruba dilində,nəsr və dram əsərlərini təhsil aldığı ingilis dilində yazır.
Yazıçı Ədəbiyyat üzrə Nobel mükafatını 1986-cı ildə "Nəhəng mədəni və poetik perspektivləri olan teatr yaratdığına görə” alıb.
1960-cı illərdə seçki saxtakarlığına görə sərt çıxışlarına görə iki dəfə məhbəsə atılıb.
Yazıçı Afrikada insan haqları müdafiəçisi kimi də məşhurdur.
Vole Şoyinka qitənin Nobel alan ilk yazıçısıdır.